Mingəçevirdə “Çal oyna”

0
506

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Qazax Dövlət Dram Teatrının baş rejissoru Musa Eyyubov Mingəçevir Dövlət Dram teatrında yeni uşaq tamaşası hazırlayır. Şair-dramaturq İsgəndər Coşqunun qələmə aldığı “Çal oyna” mənzum nağıl-pyesi əsasında hazırlanan tamaşada heyvanların dili ilə hiyləyə, yalana nifrət, zəhmətə, düzlüyə, etibara və əməyə rəğbət aşılanır.
Tamaşabalaca tamaşaçıları dostluqda möhkəm, hər bir işdə düz olmağa, əməyə, zəhmətə hörmətlə yanaşmağa çağırır. Çünki hər bir işin açarı düzlükdür, hər bir müvəffəqiyyətin rəhni əməkdir, zəhmətdir. Səhnə əsərində rolları aktyorlar Afət Əliyeva, Ruhəngiz Abdullayeva, Fəridə Məmmədova, Aytən Allahverdiyeva, Ceyhun Əhmədov, Turqut Məsimi, Elvin Əkbərli, Amil Fərzəliyev və Nargilə Abdullayeva ifa edəcəklər.
Tamaşada rəsmlərin quruluşu Əməkdar Rəssam Rafael Həşimova, musiqi tərtibatı isə Elnur Rəsulova məxsusdur. Rejissor assistenti isə Xəyalə Qəmbərovadır.
Esmira Hidayətova