Mingəçevirdə Bilik festivalı və Kitab sərgisi keçirilib

510

Xalqımızın ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə mingəçevirlilər də daim hörmət və ehtiram bəsləyirlər. Ulu Öndərin anadan olmasının 95-cu ildönümü ilə əlaqədar Mingəçevirdə  silsilə tədbirlər keçirilir. Mayın 10-da ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzə  minlərlə şəhər sakinləri   toplaşıb.

Mingəçevir icra hakimiyyətinin başçısı Niyazi Bayramov, icra hakimiyyəti aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhər ictimaiyyətinin nümayəndələri Ulu Öndərin abidəsi önünə tər gül dəstələri qoyublar.
Onu da qeyd edək ki, hər il Mingəçevirdə  ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar Sahil parkında  ənənəvi kitab bayramı keçirilir. Bu gün də belə bir sərgi düzənlənib. Tədbirdə 1000-ə yaxın kitab sərgələnib.

Daha sonra Mingəçevir İstək liseyinin və Mingəçevir Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə ərsəyə gələn Bilik festivalına baxış keçirilib.

 

Ulu öndərin anadan olmasının 95-ci ildönümü ilə bağlı keçirilən Bilik festivalında əsas məqsəd yaradıcılığın müxtəlif sahələrində xüsusi istedada malik olan uşaqları (gəncləri) üzə çıxarmaq, onların bacarıqlarını inkişaf etdirmək, məktəbliləri ictimayyətə tanıtmaq, dostluq, birlik, Vətənə məhəbbət, sülhsevərlik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini tərbiyə etmək və müsbət əhval ruhiyə yaratmaqdır. Şagirdlərin bir-birindən maraqlı əl işləri seyricilər tərəfindən alqışlarla qarşılanıb. Festivalda istedadlı şagirdlərin ifasında milli musiqimizdən incilər səsləndirilib, rəqs kollektivləri milli rəqsləri ifa ediblər.

Esmira Hidayətova, Mingəçevir