Mingəçevirdə Azərbaycanlıların Soyqırımı Günü belə yad olundu

0
538

“Martın 31-i Azərbaycan tarixində unudlmaz bir gündür. Son  iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Sovet hakimiyyəti dövründə təxminən 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı və nəhayət, həqiqət anı yetişdi. Azərbaycan  dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. Belə ki, ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Yeri gəlmişkən, Fərmanda həmin dəhşətli hadisələrə siyasi qiymət verilmiş, 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Həmin gün hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunmaqdadır”. Bu sözləri bu gün Mingəçevir ictimayyəti adından soyqrım abidəsinini ziyarət edən Mingəçevir İcra Hakimiyyətinin başçısı İlham İsmayılov saytımıza müsahibəsində dedi. Daha sonra tarixi faktlara istinadaən vurğuladı ki, azərbaycanlıların ermənilər tərəfindən qətlə yetirilməsi, soyqırımına məruz qoyulması, habelə erməni millətçilərinin təcavüzkar iddiaları sonrakı dövrlərdə də davam etmişdir. Belə ki, 1920-ci ilin may ayından 1921-ci ilin noyabrına qədər Azərbaycanda ermənilər tərəfindən 48 min azərbaycanlı qətlə yetirilmişdir. Sənəddə qeyd olunur ki, 1988-ci ildən erməni millətçiləri yenidən fəallaşmağa başlamışlar. Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilmiş, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Başçının sözlərinə görə, Ermənistanın yürütdüyü etnik təmizləmə və soyqırımı siyasəti uzun illərdir dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki soyqırımı ən ağır beynəlxalq cinayət olmaqla yanaşı, beynəlxalq hüquqa görə sülh və təhlükəsizliyə qarşı yönələn cinayətlər qrupuna aid edilir.

Başçı söhbətinin sonunda dedi: “Bildiyiniz kimi, ölkəmizdə də dünyanı cənginə alan koronavirusla əlaqədar tədbirlər təxirə salınıb. Ona görə də mingəçevirlilər adından soyqırım qurbanlarını andım və abidə önünə gül dəstələri qoydum”.

Esmira Hidayətova, Mingəçevir