Mingəçevirdə “Azərbaycanın İnnovativ İnkişafı”ndan danışılıb

0
638

Mingəçevir H.Əliyev Mərkəzində “Azərbaycanın İnnovativ İnkişafı” mövzusunda seminar keçirilib. Tədbirdən öncə ulu öndərin heykəli ziyarət olunub.

Daha sonra seminar öz işinə başlayıb. Seminarı giriş sözü ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, mən Mingəçevir şəhərində bu gün “Azərbaycanın İnnovativ İnkişafı”mövzusunda seminarın keçirilməsinə təşəbbüs göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rəhbərliyinə, şəxsən akademiyanın rektoru, akademik Urxan Ələkbərova minnətdarlığımı bildirirəm.

Seminarda iştirak edən akademiyanın rektoru, akademik Urxan Ələkbərovu, Milli Məclisin üzvü, YAP icra katibliyinin siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri dosent Aydın Mirzəzadəni və Akademiyanın Elmi-təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Rəcəb Rəhimlini salamlayır və seminarın işinə uğurlar arzulayıram. Onu da qeyd etmək istəyirəm ki, şəhər İcra Hakimiyyəti ilə Prezident Yanında Dövlət İdarəçilik Akademiyası arasında, əlavə təhsilin təşkilində, eləcə də ayrı-ayrı dövrlərdə keçirilən kurslarda iştirak etməklə sıx əməkdaşlıq mövcuddur. Bu günə qədər akademiyaya 8 nəfər əlavə təhsilə, 63 nəfər dövlət qulluğunun təşkili, təşkilati əsasları, dövlətin kadr siyasəti, elektron hökümət və digər müxtəlif mövzulu kurslarda icra hakimiyyətinin əməkdaşları iştirak ediblər. Əlbəttə ki, bu əlavə təhsil və kurslarda iştirak edən hər bir dövlət qulluqçusu bilik və bacarıqlarını daha da artırıb. Nəticədə bu dövlət qulluqçuları öz fəaliyyətləri üçün vacib olan səmərəli idarəetmə metodlarını öyrəniblər. Hesab edirəm ki, Akademiya ilə əməkdaşlığımız bundan sonra da daha da sıx olacaq və birgə tədbirlərimiz tez-tez keçiriləcək.

Daha sonra çıxış üçün söz Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov ”Davamlı və inkuliziv inkişaf naminə səmərəli idarəermə: Azərbaycan təcrübəsi”mövzusunda geniş danışıb.

Milli məclisin üzvü, YAP İcra katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə  doktoru, dosent Aydın Mirzəzadə “Gənc nəslin formalaşmasında milli-mənəvi dəyərlərin və müasir innovasiya prinsiplərinin vəhdəti” mövzusunda çıxış edib.

“Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsində innovativ metodların tətbiqi” mövzusunda AzərbaycanRespublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi təşkilat  və beynəlxalq əlaqədar şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimli çıxış edib.

Sonda İcra başçısı əhatəli və məzmunlu çıxışlara görə onlara minnətdarlığını bildirib.

Esmira Hidayətova, Mingəçevir