Mingəçevirdə  armud ağacı ikinci dəfə  bar verib

0
119

 

Mingəçevir sakinin yaşadığı həyətyanı sahəsində armud ağacı qışın oğlan çağında ikinci dəfə bar verib. Ağac 5 il bundan öncə əkilsə də artıq 3 cü ildir ki, qış ayında  bar verir. “Yay aylarında armud ağacı daha çox bar verir”, – deyən təsərrüfatçı Vaqif İsayev bildirir ki, yayda bu ağacdan 2-3 vedrə meyvə götürur: ”Yaşadığımız ünvan Kür çayının ətrafında olduğuna görə bağımdakı meyvələrin bəziləri mövsümünə aid olmayan vaxtı da bar verir. Armud ağacı artıq 3 ildir ki, qış ayında bar verir. Üstündə o qədər barı olmasa da, amma yenə də bar verir. Həm də çox dadlı olur. Alça ağacı da çiçəkləmişdi, amma son günlər hava soyuq olduğundan bəhərini görə bilmədik.”

Bağında Mingəçeir iqliminə xas olmayan   meyvə ağaclarının (apelsin, kivi, mandarin və s.) da olduğunu vurğuluyan həmsöbətimiz daha sonra vurğuladı ki, həmin meyvələr daha  dadlı olması ilə fərqlənir: ”Bağımdakı sitrus meyvələri həm tez bar verir, həm də ölçüsünə görə cənub bölgəsindəki meyvələrdən böyük olur”.

Esmira Hidayətova, Mingəçevir