Mingəçevirdə anım mərasimi keçirilib

0
194

20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Mingəçevirdə də anım mərasimi keçirilib. Ümumxalq hüzn günündə edilən ziyarətdə Milli Məclisin deputatları – Əli Hüseynli, Aydın Mirzəzadə və Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla yanaşı,  hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, habelə ictimaiyyət nümayəndələri də iştirak ediblər.

 

Mərasim iştirkçıları əvvəlcə qan yaddaşımıza əbədi həkk olunan 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış 20 Yanvar abidəsinin önündə onları bir dəqiqəlik sükutla yad etməklə Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən, qətlə yetirilən günahsız oğul və qızlarımızın əziz xatirəsinə olan böyük ehtiramlarını göstəriblər.  Sonra abidənin  önünə əklil və gül dəstələri qoyublar. Şəhidlər xiyabanına gələnlər Birinci və İkinci Qarabağ müharibələri zamanı şəhidlik zirvəsinə ucalan həmyerlilərimizin məzarlarını da ziyarət ediblər.

Esmira Hidayətova