Mingəçevirdə ağacəkmə aksiyası keçirilib

71

Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Mingəçevir İcra Hakimiyyətinin təsdiq ediyi tədbirlər planına müvafiq olaraq silsilə tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də bu gün təşkil edilib. Belə ki, şəhərin Heydr Əliyev prospekti böyunca park və xiyabanlarda, Energetiklər qəsəbəsindəki, Sağ sahil yaşayış massivindəki, təhsil, səhiyyə müəssisələrinin ərazilərindəki yaşllıq zolaqlarnda ağacəkmə aksiyası keçirilir. May ayının 6-da ümumilikdə şəhər üzrə 3000-ə qədər ağac, 10 minə qədər mövsümi gül-çiçək əkilmişdir. Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Esmira Hidayətova, Mingəçevir