Mingəçevirdə abadlıq, quruculuq işləri davam edir

501

Mingəçevir şəhərində parklar, bağlar və xiyabanlar yeni görkəm alıb, yollar genişləndirilib. Otən il H. Əliyev prospekti, Ü.Hacıbəyov, N. Nərimanov, 20 Yanvar, A. Məmmədov, A. Puşkin, M. F. Axundov, M. Füzuli və İ. İslamzadə küçələri yeni asfalt örtüyü ilə üzlənib. Qeyd edək ki, son illərdə şəhərdaxili elektrik təsərrüfatında da xeyli işlər görülüb. Məhəllədaxili 04 KV-luq elektrik xətləri SİP-ləşdirilmiş, transformatorlarda təmir-sazlama işləri aparılıb. Su-kanalizasiya sistemində də  yenidənqurma işləri aparılıb.

13 bina müasir və milli ornamentli üzlüklərlə üzlənib, 16 çoxmənzilli binanın şifer dam örtüyü dəyişdirilib, 7 binanın yumşaq dam örtüyü çardaq qurulmaqla metal keramikaya çevrilib, yumşaq dam örtüklü 140 binanın üstündə cari təmir işləri aparılıb, 22 binada yağışötürücü su boruları yenidən quraşdırılıb. Küçə və məhəllələrdə yaşıllıqlar genişləndirilib.

Hazırda bu işlər bu gün də davam etdirilir. Belə ki, V. Hüseynov, M. Maqamayev, M. Füzuli küçələrində məhəllədaxili yollara asfalt örtüyü çəkilir, səkilərə bardürlər düzülür. 27 köhnə binanın  dam örtükləri dəyişdirilir, fasad və dəhlizlərində təmir-bərpa işləri aparılır. Bu gün bütün bu işlərə baş çəkmək üçün şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və ictimayyət nümayəndələri həmin ərazilərdə olublar. Başçı aparılan işlərlə yaxından tanış olub öz tapşırıq və tövsiyyələrini bildirib.

Esmira Hidayətova, Mingəçevir.