Mingəçevirdə abadlıq-quruculuq işləri davam edir

0
118

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Mingəçevirdə həyata keçirilən abadlıq-quruculuq işləririnin əhatə dairəsi genişlənir. Ötən müddət ərzində şəhərin müxtəlif küçə və məhəllələrində, sağ sahildə, energetiklər qəsəbəsində bir sıra məhəllələrdə əsaslı yenidənqurma işləri həyata keçirilmişdir. 2020-ci ildə məlum pandemiya ilə mübarizə şəraitində də şəhərimizdə reallaşan quruculuq işləri fasiləsiz olaraq davam etdirilmişdir.

Dekabrın 25-də Mingəçevir şəhər icra hakimiyyətinin başçısı idarə və müəssisələrin rəhbərləri və təmslçiləri, KİV nümayəndələri ilə, Ərəş 1, N.Nərimanov 17/2, 219/1 və Puşkin küçəsindəki 3 saylı binanın qarşısındakı məhəlllələrin saiknləri ilə görüşdü. Cari ilin əvəlində bu məhəllələrin sakinləri, ərazidə mövcud olan problem və çatışmazlıqlar barədə şəhər rəhbərini məlumatlandırmışdılar.

İlham İsmayılov bildirdi ki, ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində bütün bölgələrdə olduğu kimi Mingəçevirdə də geniş quruculuq işləri həyata keçirilir. Vətəndaşların həyat şəraitinin yaxşılaşdıılması, rahatlığı üçün yenidənqurma işlər davamlı etdirilir. Cari ilidə mövcud maneələr, yəni Covid-19 ilə mübarizə şəraiti bir sıra quruculuq işlərinin vaxtında həyata keçirilməsinə imkan vermədi. Yeri gəlmişkən deyim ki, şəhərimizdə onlarla məhəllədə abadlıq işləri yekunlaşıb. Bu binaların üstünə müasir dam örtükləri qoyulub, fasad hissələri suvanaraq rənglənib, blokları əsaslı təmir edilib. Qısa müddət ərzində digər işlər görülməlidir. Binaların bloklarına təcili olaraq qapı və pəncərəlr qoyulmalıdır. Həmçinin məhəllədaxili ərazidə bordürlər düzüləcək, asfalt örtük yenilənəcəkdir. 20 Yanvar küçəsindən başlamış Nizami küçəsinədək olan bütün binaların qarşısında işıqlanma sistemi quraşdırılacaqdır. Yaşıllıq zolaqlarında qurumuş ağaclar kəsiləcək, yerinə yeni ağac tingləri əkiləcəkdir. Uşaqların sağlamlığı, həmçinin əylənməsi üçün qurğuların quraşdırılması, sakinlərin istirahəti üçün şəraitin yaradılması da diqqət mərkzindədir.

Şəhər rəhbəri xüsusilə vurğuladı ki, biz, Azərbaycan xalqı, dövlətimiz Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Şanlı Ordusu 30 ilə yaxın bir müddətdən sonra işğal altında qalan torpaqlarımızı azad etmişik. Müzəffər Ordumuzun şücaəti sayəsində Azərbaycan möhtəşəm qələbə qazanıb, Zəfər Paradı keçirilib. Bu yolda canlarından keçmiş şəhidlərimizə Allah rəhmət eləsin, yaralı əsgərlərimizə Allah şəfa versin. Bu gün bütün dünya Azərbaycanın qələbəsindən danışır. Bu böyük qələbə xalqımızı ruhlandırır, Prezidentimizin ətrafında daha sıx birləşirik. Biz, hər bir Azərbaycan vətəndaşı işimizdə məsuliyyətlə çalışmalı, yurdumuzun inkişafı üçün öz töhfəmizi verməliyik.

Sonra məhəllənin layihəsi göstərildi. Qeyd olundu ki, məhəllələr bu layihələr əsasında abadlaşdırılacaqdır. Su-kanal idarəsinin, işıqlamna idarəsinin, digər kommunal təşkilatların rəhbərlərinə tapşırıqlar verildi.

Məhəllə komitəsinin üzvləri, Tofiq Qarayev, Sahibə Rəsulova minnətdalıqlarını ifadə edərək şəhərimzdə həyata keçirilən abadlıq quruculuq işlərinin bundan sonra da davam etdiriləcəyinə əmin olduqlarını bildirdilər.

Sonra şəhər rəhbəri Puşkin küçəsindəki 4,6, 8 saylı binaların qarşısındakı məhəlləyə gələrək görülən işlərlə tanışlıq oldu, tapşırıqlaaını verdi.

Esmira Hidayətova, Mingəçevir