Mingəçevirdə abadlıq-quruculuq davam etdirilir

0
316

Mingəçevir şəhərində dövlətin qayğısı nəticəsində aparılan abadlıq və quruculuq işləri öz ahəngi ilə bu gün də davam etdirilir. Bu mənada demək olar ki, respublikamızın dördüncü iri sənaye mərkəzi olan Mingəçevir inkişafının yeni mərhələsindədir.

Hazırda şəhərin A.Qurbani dairəsində və eləcə də H.Əliyev parkında, N.Nərimanov küçəsində, Az.Dres qəsəbəsində təmizlik, abadlıq işləri aparılır. Biz bu gün A.Qurbani dairəsində olduq.  Burada  yaşıllıqlar salınır, sakinlərin istirahəti üçün iki söhbətgah quraşdırılır. Qeyd edək ki, Mingəçevir şəhər İcra başçısı İlham İsmayılov aparılan abadlıq və quruculuq işlərini tam nəzarətdə saxlayır. Özü də mütəmadi olaraq iş görülən ərazilərə baş çəkir.

Mingəçevir Mənzil Təsərrüfatı Abadlaşdırma İdarəsinin rəisi Qürbət Məmmədovun verdiyi məlumata görə, digər ərazilərdə də işlər nəzərdə tutulmuş plan üzrə gedir.

Esmira Hidayətova, Mingəçevir