“Mingəçevirdə abadlaşmayan məhəllə qalmayacaq”

423

Mingəçevirdə sakinlərlə səyyar görüş artıq bir ənənə halını alıb. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov aparatın nümayəndələri ilə idarə, müəssisə təşkilatlarının rəhbərləri ilə məhəllələrdə sakinlərlə görüşlər keçirir, onları narahat edən problemləri araşdırır və mərhələli şəkildə onları həll edir.

Bu dəfə icra başçısı daha bir məhəllədə H.Əliyev, Nizami, N.Nərimanov küçələrinin sakinləri ilə görüşüb. Başçı qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar öz bəhrəsini verməkdədir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində reallaşan layihələr bütün bölgələrimizi gözəlləşdirib. O  bildirib ki, Mingəçevirdə də abadlıq-quruculuq işləri geniş vüsət alıb, küçə və məhəllələrdə, parklarda səliqə-sahman yaradılıb. İşıqlandırma sistemi müasirləşdirilib, bir sıra çoxmərtəbəli binaların dam örtükləri, fasadları əsaslı təmir edilib, Mingəçevirin bir sıra məhəllələrində nümunəvi şərait yaradılıb.

Sakinlərdən İsmayıl Hacıyev, Qüdrət Qədirov, Tahir Məmmədov öz çıxışlarında görülən işlərə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər. Daha sonra sakinlər onalrı narahat edən problemləri bildiriblər. Bütün problemləri dinləyən başçı aidiyyatı qurum rəhbərlərinə tapşırıqlar verib,digər məsələlərə isə aydınlıq gətirilməsi üçün qeydiyyata götürülüb. Başçı həmçinin bildirib ki, Mingəçevirdə abadlaşmayan məhəllə qalmayacaq”.

Esmira Hidayətova, Mingəçevir