Mingəçevir İcra Hakimiyyətinin başçısı İlham İsmayılov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Burada ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirələri ehtiramla yad olunub, ruhlarına dualar oxunub, abidənin önünə gül dəstələri qoyulub. Daha sonra 31 Mart -Azərbaycanlıların Soyqırımı Günü münasibətilə şəhər İcra Hakimiyyəti və YAP Şəhər təşkilatının birgə təşkilatçılığı ilə videokonfrans keçirilib.
Video konfransı şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov açaraq qeyd edib ki, 31 Mart bütün dünya azərbaycanlılarının kədər və hüznlə qeyd etdiyi soyqırım qurbanlarının anım günüdür: “Xain və satqın ermənilərin tarixlər boyu, zaman-zaman xalqımıza qarşı yeritdiyi soyqırım və Azərbaycan torpaqlarının erməniləşdirilməsi siyasəti ərazilərimizin hissə-hissə itirilməsi ilə nəticələnmiş, yüz minlərlə soydaşımızın qətlinə səbəb olmuşdur”.
O daha sonra Vətənimizin inkişafı tarixində misilsiz mərdlik və cəsarətlik nümunəsi göstərən soyqırım qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif edib.
Bildirib ki, son iki əsrdə Qafqazda Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır: “Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində Azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza qarşı minlərlə tarixi, mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir. Ötən əsrdə dörd dəfə-1905-1906, 1918-1920, 1948-1953 və 1988-1994-cü illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım və deportasiya siyasəti bu gün özünü Dağlıq Qarabağla bağlı məlum hadisələrdə büruzə verir, həm də onu göstərir ki, ermənilərin xalqımıza olan tarixi münasibəti dəyişməyib. 1998-ci ildən bəri respublikamızda 31 mart hər il Azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir. Bu hadisələri, onların dərslərini unutmağa haqqımız yoxdur.”
Daha sanra başçı konfrans iştirakçılarına söz verilib.
Çıxışlardan sonra şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov video konfransı yekunlaşdırarq qeyd edib ki, tarixi yaddaşımızın qorunması, başımıza açılanlardan ibrət götürülməsi və gələcək nəsillərin əsil həqiqətlərlə məlumatlandırılması hesab edirəm ki, hər birimizin vətəndaşlıq borcudur: “Bilirik ki, ölkə Prezidenti cənab İlham Əliyev bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir və artıq biz bunun əyani nəticələrini görürük.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ötən il 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımız Şanlı ordumuzun qalibiyyəti ilə azad olundu, sərhədlərimiz bərpa edildi. 2020-ci il Azərbaycan tarixinə zəfər ili kimi daxil oldu. 44 gün davam edən müharibədə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər, Laçın rayonları, Xocavənd və Xocalı rayonlarının bir hissəsi azad olundu. Xocalı, Xankəndi şəhərləri, Xocavənd və Ağdərə rayonlarının bir hissəsi hazırda sülhməramlı qüvvələrin nəzarətindədir. Orada vaxtilə yaşayan soydaşlarımızın həmin ərazilərə qaytarılması üçün işlər gedir. Əminəm ki, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı diplomatik danışıqlar nəticəsində soydaşlarımız öz doğma yurdlarına qayıdacaqlar. Bu günlər uzaqda deyil. “ Esmira Hidayətova ,Mingəçevir.
|