Mingəçevirdə 3 iri sənaye müəssisəsinin tikintisinə başlanılacaq

122

Mingəçevir şəhəri İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti səyyar görüş keçirib. Səyyar görüşdə sakinlər tərəfindən bir neçə həlli vacib məsələlər (binaların qarşısında olan iri gövdəli ağacların arasında elektirik xətlərinin yaratdığı təhlükə, zirzəmilərin çirkab sularla dolması) qaldırılıb. İcra başçısı problemlərlə bağlı aidiyyəti qurum rəhbərlərinə göstərişlər verib. Eyni zamanda başçı sakinləri şəhərdə görüləcək işlərlə bağlı məlumatlandırıb. Bildirib  ki, bu ilin iş planında 51 yaşayış binasının təmir olunması, 20-dən çox küçənin asfaltlanması, 5 məhəllədə nümunəvi məhəllənin yaradılması nəzərdə tutulub.

İlham İsmayılov  bildirib ki, bu şəhərin sakinlərini ən çox narahat edən iki məsələ var. Onlardan biri binaların istilik sistemi, digəri isə işsizliklə bağlıdır: ”Mingəçevirdə 3 iri sənaye müəssisəsinin tikintisinə başlanılacaq. Artıq layihələndirmə işləri aparılır. Bu da Mingəçevirdə yeni iş yerlərinin açılması deməkdir. İstilik sisteminin bərpası ilə bağlı ölkə Prezidentinə müraciətimiz olub”.

Esmira Hidayətova, Mingəçevir