Mingəçevirdə də 20 Yanvar anılıb

646

 Bu gün bütün mingəçevirlilər də20 Yanvar faciəsini yad etmək üçün Şəhidlər xiyabanına axın ediblər. Şəhidlər xiyabanında keçirilən anım mərasimində əvvəlcə şəhidlərin ruhlarına dualar oxunub. Daha sonra şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək bildirib ki, 20 Yanvar qürur və mübarizə tariximizdir. O həmçinin qeyd edib ki, Vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri insanlığa, humanizmə qarşı törədilən cinayətdir.

Başçı, o müdhiş gecəni ürək ağrısı ilə bir daha diqqətə çatdırıb və qeyd edib ki,onların əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaq.

 “Şəhidlər” abidə-kompleksinin önündə Mingəçevir Dram Teatırının aktyorları tərəfindən kompozisiya nümayiş olunub. Ardınca  şəhər rəhbərliyi, idarə, müəssisə və təşkilatların nümayəndələri, müharibə və əmək veteranları, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ictimayyətin təmsilçiləri və şəhər sakinləri “Şəhidlər” abidəsinin  önünə əklil və gül dəstələri düzüblər.

Esmira Hidayətova, Mingəçevir