Mingəçevirdə Əlillərin stolüstü idman oyunları üzrə V Ümumrespublika zona yarışı keçirilib

0
459

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər və İdman Nazirliyi tərəfindən birgə təsdiq olunmuş “Əlillərin stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışları”nın Mingəçevir zona turniri 01.11.2017-ci  il tarixdə Mingəçevir şəhərində nazirliklərin yerli idarələri tərəfindən təşkil edilib keçirildi. İdmanın nərd, dama, şahmat, stolüstü tenis və armresting (qol güləşi) növləri üzrə keçirilən zona yarışında əlilliyi olan şəxslər və sağlamlıq imkanı məhdud uşaqlar arasında təşkil edilmişdir. Yarışda 9 şəhər və rayonlardan, ümumilikdə 60 idmançı iştirak edirdi.

Keçirilən hər beş idman növündən I, II, III yerləri tutmuş qaliblərə Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin və Əhalinin Sosial Müdafiəsi İdarəsinin Mingəçevir şəhər şöbəsinin diplomları təqdim edildi.

Esmira Hidayətova, Mingəçevir.