Vətən müharibəsi qazisinin nikah mərasimi qeyd edilib

 44 günlük Vətən müharibəsi qazisi, Abduləzimov Elçin Bəhərçin oğlu 07.06.1998ci ildə Şəki rayon Böyük Dəhnə kəndində anadan olub.2020 iyul ayında hərbi xidmətə gedib. 2021.10.02 Suqovuşan,Ağdərə , Tərtər, Ağdam istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Noyabr ayının 2-də Suqovuşan, Ağdərə istiqamətlərində olan döyüşlərdə ağır yaralanıb. Naftalanda əməliyyat olunaraq Mingəçevirə göndərilib. Mingəçevirdə    müalicəsi davam etdirilib və əməliyyat olunub sonra yenidən Bakıya göndərilərək orda da əməliyyat olunub. Hazırda qazinin səhhəti normaldır.

 

Bu gün Vətən müharibəsinin qazisi ailə həyatı qurur.O,sevdiyi Məhərrəmova Nigar İlqar qızı  ilə nikaha daxil olub. Qeyd edək ki, bəy və gəlin 2016-cı ildə ingilis dili ixtisası üzrə Mingəçevir Dövlət Universitetinə(MDU) daxil olub. MDU-nun məzunları olan bəylə gəlinə Mingəçevir”Asan xidmət”mərkəzində nikah haqqında şəhadətnamə təqdim edilib. Şahid qismində Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova onlara ailə səadəti və xöşbəxtlik arzulayıb.

Esmira Hidayətova,Mingəçevir.