Mingəçevir Turizm Kollecinin tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Mingəçevir Turizm Kollecinin tələbələri  Heydər Əliyev Mərkəzini ziyarət edib. Burada tələbələr  Ulu Öndərin həyat və fəalliyyətinə həsr olunmuş stend və guşələrlə tanış olub. Mərkəzin əməkdaşları tələbələri maraqlandıran sualları cavablandırıblar. Heydər Əliyev Mərkəzinin əməkdaşları tələbələrə Ümümmilli Liderin parlaq siyasi ömrünün ayrı-ayrı mərhələlərinə dair qiymətli məlumatlar çatdırıb.

Heydər Əliyev Mərkəzinin, eləcə də Ulu Öndərin abidəsinin ziyarət olunması tədbirdə iştirak etmiş tələbələrdə dərin təəssüratlar yaradıb.

Esmira Hidayətova, Mingəçevir