Mingəçevir Turizm Kollecinin tələbələri finalda fərqləniblər

169

Dünən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə regionda intellektual oyunlar üzrə ilk dəfə olaraq şəhid tarix müəllimi Famil  Əhmədzadənin timsalında Vətən Müharibəsində şəhid olan qardaşlarımızın xatirəsinə həsr edilmiş region gəncləri arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə “Regional Azəbaycan Kuboku” layihəsinin final mərhələsi İsmayıllı Olimpiya İdman Kompleksində keçirilib. Final mərhələsində 12 regionu təmsil edən seçim turnirlərində ən uğurlu nəticə göstərən 16 komanda öz güclərini sınayıblar. Mingəçevirdə keçrilən seçim turnirində ən yaxşı nəticə göstərən Mingəçevir Turizm Kollecinin tələbələri şəhəri və kolleci yarışda təmsil ediblər.

Qeyd edək ki, final mərasimində gənclər və idman naziri Fərid Qayıbov özü şəxsən iştirak edib. Mingəçevir Turizm Kollecinin tələbələri ilə görüşən nazir onları respublika səviyyəli intellektual arenalarda gördüyü üçün şad olduğunu bildirib və qeyd edib ki, bu cür uğurlu addımlar kollecdə bu sahəyə olan diqqəti göstərir və bunun daim belə olacağına ümid etdiyini bildirib. Görüşün sonunda nazir Fərid Qayıbovla kollecin tələbələri xatirə fotosu çəkdirərək günü əbədiləşdiriblər.

Çətin və mübarizəli keçən, 12 region olmaqla 16 komandanın iştirak etdiyi turnirdə Mingəçevir şəhərini təmsil edən tələbələrimiz beşinci yer tutublar. Respublika səviyyəli yarışlarda ilk dəfə gücünü sınayan komandamızın bu fəaliyyətinin davamlı olması barədə kollecdə mühüm addımlar atılacaqdır.

Esmira Hidayətova, Mingəçevir