Mingəçevir Turizm Kollecinin kollektivi bayram süfrəsi arxasında nələrdən danışdı?

0
306

Mingəçevir Turizm Kollecinin kollektivi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və  Yeni ilin  gəlişini bayram edib

“Ağsaray” otelində baş tutan bayram şənliyində Mingəçevir Turizm Kollecinin pedaqoq və tələbələri  saatlar ərzində bayram süfrəsi arxasında  hər iki əlamətdar tarixi təqvim münasibətilə unudulmaz xoş anlar yaşayıblar. Təbriklər, nəğmələr və rəqslər biri birini əvəz edib. Müxtəlif məzmunlu viktorina yarışmalarının, yeni ilin obrazlaşdırılmış rəmzləri olan Şaxta baba və Qar qızın iştirakı ilə keçən bayram gecəsində  kollektiv təqvim ilinin yorğunluğunu çıxararaq  yeni dönəm üçün özünü səfərbər edib.

Bayram tədbirində çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və  Yeni ilin  gəlişi təqvimlərinin üst-üstə düşməsini xüsusi əlamətdar hadisə kimi dəyərləndirib. Belə bir qismətin Azərbaycan xalqına nəsib olmasında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olduğunu vurğulayıb: “Ümummilli lider Heydər Əliyevin xalqımız önündə göstərdiyi möhtəşəm xidmətlərdən biri də 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis etməsi olub. Xalqımızın ən çətin anlarında ona xilaskarlıq missiyası ilə öndərlik etməyi bacaran  Heydər Əliyev  belə bir milli günü tarixləşdirməklə azərbaycanlıların  bir və bərabər olmalarının zəruri olduğunu bəyan etmiş olub. Bu birlik milli müstəqilliyimizin  əbədi və dönməz olması üçün çox vacib faktor rolunu oynayır. İnanıram ki, bu gün olduğu kimi sabah da belə olacaq. Ən əsası da həmrəylik günü fəlsəfəsi  və konsepsiyası məhz yeni ilin gəlişi gününə təsadüf edir.

Adətən  ilin son və Yeni ilin gəlişi ərəfəsi hesabatlılıq dönəmi kimi yadda qalır. Bu baxımdan dövlət də, onun vətəndaşları da  keçdiyi yolu, əldə etdiyi naliyyətləri təhlil etməklə  növbəti  uğurlar silsiləsi üçün zəmin hazırlamış olur. Öncə qeyd etmək lazımdır ki, arxada buraxdığımız 2019-cu il Azərbaycan Respublikası üçün  uğurlu il kimi tarixləşib. Hər mənada bütün sahələrdəAzərbaycan dövləti və onun xalqı  inkişafın, rifahın şahidi olub, siyasi sabitliyin dadını çıxarıb. Xüsusiləelmə, təhsilə, turizm sahəsinin inkişafına və turizm ixtisaslı kadr hazırlığına hər addımda dövlət qayğısını hiss etmişik. Bu da başqaları ilə yanaşı, böyük kollektiv olaraq Mingəçevir Turizm Kollecinin pedaqoq və tələbə heyətini  yeni elm- təhsil naliyyətlərinə sövq edib. İl ərzində 500-dən artıq  məzunumuzu ixtisaslı kadrlar olaraq  turizm sferasına  yola salmışıq və bu gün onlar uğurla  həmin sahələrdə daimi əməklə məşğul olur. Eyni zamanda 800-ə qədər  gənc 2019-cu ildən etibarən kollecimizin tələbəsi olub. Ən əsası isə odur ki, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyətimizi uğurla davam etdirmişik. Obyektiv, şəffaf və nəticə yönümlü təhsil əsas fəaliyyət prinsipimizə çevrilib. Təhsil müəssisəmizə Agentliyin diqqət və qayğısı  pedaqoq və tələbələr önündə yeni perspektivlər açır. Hətta kollec  rəhbərliyin dəstəyi sahəsində yeni tədris korpusu ilə təmin olunub və  yeni ildən etibarən kollektiv həmin korpusun imkanlarından istifadə edəcək.

Təhsil sahəsindəki uğurlarımız pedaqoq və tələbələrin ictimai fəallığına da müsbət təsir edib. Kollec daxilində və Mingəçevir şəhəri hüdudlarında keçirilən mədəni kütləvi tədbirlərə təşkilatçı və fəal iştirakçı qismində qatılmaq fürsətimiz olub. Bir sözlə pedaqoqlu, tələbəli üzərimizə düşən vəzifələri uğurla icra etmişik. İnanıram ki, Mingəçevir Turizm Kollecinin kollektivi bundan sonra da yüksəliş və inkişaf yolunda uğurlar qazanmaqda davam edəcək”.

Qeyd edək ki, bayram şənliyi boyu kollektivin əksər üzvləri arzu və istəklərini bölüşərək  həmkarlarını iki qat əlamətdar bayram  münasibətilə təbrik edib.

Tədris  işləri üzrə direktor müavini Kamal Əhmədov, qiyabi və əyani təhsil üzrə şöbə müdiri Cəlil Bağırov, tədris işləri üzrə şöbə müdiri Qəhrəman Kərimov, həmçinin digər şöbə müdirləri,fənn komissiyası birliklərinin rəhbərləri və  fəal pedaqoqlar çıxışında  kollecin tədris ili ərzində əldə etdiyi naliyyətlərin növbəti dönəm üçün onları daha böyük hədəflərə rulandırdığını etiraf edib.

Bayram şənliyi ərzində tələbə özfəaliyyət qrupu fəalları rəngarəng bayram proqramı ilə çıxış edərək  hər kəsin qəlbində xoş ovqat yaradıb.

Tədbirdə Kollec Həmkarlari İttifaqı Təşkilatı tərəfindən hər bir kollektiv üzvlərinə bayram hədiyyələri də təqdim edilib.

Esmira Hidayətova, Mingəçevir