Mingəçevir Turizm Kollecində Konstitusiya Günü ilə bağlı konfrans keçirilib

480

Mingəçevir Şəhər İcra Hakimiyyəti və Mingəçevir Turizm Kollecinin birgə təşkilatçılığı ilə 12 noyabr – Konstitusiya Günü ilə bağlı elmi-nəzəri konfrans keçirilib. Tədbirdə kollecin direktoru, professor Əyyub Əyyubov Konstitusiya Gününün tarixi əhəmiyyətindən, onun hər bir dövlət üçün əsas qanun rolunu oynadığından söhbət açıb. Daha sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin baş məsləhətçisi, fəlsəfə doktoru Sahib Əliyev “Milli konstitusiyamız ölkəmizin demokratik inkişafının başlıca təminatıdır” mövzusunda çıxış edib. Tədbirdə “Ümummilli lider H. Əliyev Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının müəllifidir”, “Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının müdafiəsində Konstitusiyanın rolu”, “Referendum yolu ilə Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər xalqımızın mənafeyinə xidmət edir”, Azərbaycan respublikasının inkişafında Konstitusiyanın həlledici mahiyyəti” mövzularında kollecin müəllimlərinın çıxışları dinlənilib. Tədbirin sonunda tələbələr kollecin ədəbiyyat müəllimi Kifayət Əliyevanın quruluş verdiyi maraqlı kompozisiya ilə çıxış ediblər.

k2

Qeyd edək ki, Turizm Kollecində təşkil olunmuş bu tədbir çərçivəsində tələbələrin əl işlərindən ibarət sərgi də təqdim olunub.

Esmira Hidayətova, Mingəçevir.