Mingəçevir Turizm Kolleci Belarusun ali məktəbləri ilə əməkdaşlıq edəcək

1886

Belarusun Brest Dövlət Texniki Universiteti ilə Mingəçevir Turizm Kolleci arasında uzunmüddətli əməkdaşlıq haqqında saziş imzalanıb.

Kollecin direktoru, professor Əyyub Əyyubov  bildirib ki, yeni razılaşmaya əsasən Mingəçevir Turizm Kollecində 2 il təhsil almış tələbələr Belarusun Brest Dövlət Texniki Universitetinin 3-cü kursundan təhsilini davam etdirmək imkanına malik olacaqlar. Hazırda kollec tələbələrinin Belarusun ali məktəbinin yuxarı kursunda təhsilini davam etdirməsi məsələləri üzərində intensiv müzakirələr aparılır. Bu, kollecin yalnız “Nəqliyyatda daşımaların təşkili”, ”Reklam işi”, ”Dizayn” və “Mühasibat uçotu” ixtisasları üzrə təhsil alan tələbələrinə şamil olunacaq.

Əyyub Əyyubov qeyd edib ki, bu mövzuda danışıqlar paralel olaraq həm də Belarusun Polotsk Dövlət Universiteti ilə aparılır. Əgər razılaşma əldə olunsa Mingəçevir Turizm Kollecinin turizm ixtisasları üzrə təhsil alan tələbələri həmin ali məktəbə müraciət edə biləcəklər.

Esmira Hidayətova, Mingəçevir