Mingəçevir Tibb Kollecində tolerantlıq və multikulturalizmlə bağlı tədbir keçirilib

0
472

Bu gün Dövlət Təhlükəsizliyi Xidməti, Mingəçevir şəhər İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Mingəçevir Tibb Kollecində “Azərbaycanda dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multikulturalizm ənənələrinin rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının baş məsləhətçisi Elşən Əliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Mingəçevir şəhər şöbəsinin rəis müavini Zaur Əhmədov, həmin şöbənin əməkdaşı Camal İsayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir Tibb Kollecinin direktoru Fikrət Zeynalov, eləcə də kollecin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
Esmira Hidayətova, Mingəçevir