Mingəçevir Tibb Kollecində “Debat təlimi”

459

“Gələcək Gənclərlə Gələcək” Gənclər Klubunun dəstəyi, Mingəçevir Regional Debat Mərkəzinin və Mingəçevir Tibb Kollecinin təşkilatçılığı ilə Mingəçevir Tibb Kollecində “Mingəçevir Gənclərin Regional Debat Forumu: Heydər Əliyev Kuboku 2017” çərçivəsində tədbir təşkil olunub. Tədbirdə Mingəçevir Regional Debat Mərkəzinin sədri Etiram Sadıqzadə və sədr müavini Samir Şükürovun iştirakı ilə debatın “Karl Popper” formatında təlim keçirilib.

Qeyd edək ki, debat – özündə mübahisə, müzakirə, ziddiyyət, hər hansı bir toplantıda ictimai mövzularla bağlı müzakirəni birləşdirən çəkişmə fəaliyyətidir. Debat interaktiv və müxtəlif əks tərəflərin təmsilçilərindən ibarət müzakirə metodudur. Debatda məntiqi davamlılıq, faktların dəqiqliyi və auditoriyaya emosional müraciət inandırma üçün mühüm rol oynayır və məsələni daha üstün kontekstdə və çərçivədə, daha mahircəsinə əsaslandıra bilən tərəf digərini üstələyir. Debatda faktlardan daha çox tərəflərin öz aralarında gəldiyi konsensus və ya birgə formal nəticəyə gəlmə əsas rol oynayır.

Esmira Hidayətova, Mingəçevir.