Mingəçevir təhsilinin uğuru

425

Çox böyük fəxrdir ki, Mingəçevir şəhərinin 13 N-li  tam orta məktəbi ard-arda uğur qazanmaqda davam edir. Belə ki, Respublika Fənn Olimpiadasında   coğrafiya olimpiadasının seçmə turunda iştirak edən  və qalib oan  3 şagirddən ikisi    N. Ahəngari adına 13№ li tam orta məktəbin şagirdləri olmuşdur.

Mingəçevir şəhər N.Ahəngari adına 13№ li tam orta məktəbin ən böyük uğuru  hər kəsi sevindirib. 2 şagird – IX sinif şagirdi Həsənov Arif Fəxri oğlu qızıl medala, XI sinif şagirdi Əhmədov Yaqub Fədail oğlu qümüş medal qazanıblar.

Onların müəllimi,  Aygün Məmmədovaya başda məktəbin direktoru olmqalqa Daşqın İbrahimov  kollektiv  adından təşəkkür edilib  və gələcək işlərində uğurlar arzulayıblar. Onlar bildiriblər ki, bu uğur tək məktəbin deyil,  bütöv Mingəçevir təhsilinin uğurudur.  Bundan əlavə, Mingəçevir şəhər N.Ahəngari adına 13 № li tam orta məktəbinin 11-ci sinif şagirdi Tofiq Bayramov növbəti dəfə uğur qazanıb. Belə ki, o, Slovakiyanın paytaxtı Bratislavada keçirilən beynəlxalq yarışın qalibi olub. 17 yaşlı idmançı yeniyetmələrin bir nəfərlik qayıqla 200 metr məsafəyə yürüşündə qızıl medal qazanıb. Məktəbin direktoru D. İbrahimov qalib şagirdi təbrik edərək uğurlar arzulayıb.

 

Onu da qeyd edək ki, 13 N-li  tam orta  məktəb 11 illik orta təhsil səviyyəsi üzrə 23 aprel 2021 ci il tarixində keçirilmiş buraxılış imtahanlarının nəticələrinə əsasən  məktəbin 10 şagirdi yüksək nəticə görtərmişdilər. Onlardan Əhmədov Yaqub Fədail oglu257 bal, Əhmədova Türkan Aqil qızı 267 bal toplayaraq daha yüksək nəticə görtərmişdilər.

Esmira Hidyətova, Mingəçevir