Mingəçevir təhsil işçilərinin sentyabr konfransı keçirilib

876

Mingəçevir şəhər təhsil işçilərinin 2015-2016-cı dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr edilmiş ənənvi sentyabr konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə şəhərin ümumtəhsil məktəbililərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Sonra konfrans öz işinə başlayıb.

s1

Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov  “2015-2016-cı dərs ilinin yekunları və Mingəçevir şəhər təhsil işçilərinin qarşıda duran vəzifələr”inə dair hesabat məruzəsi ilə  çıxış edib. Bildirib ki, olkəmizin qarşıdakı illərdə əsas inkişaf yollarını müəyyənləşdirən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında ənənəvi iqtisadiyyatdan “Bilik iqtisadiyyatına” keçidin əsasının qoyulması, bunun üçün insan kapitalının adekvat inkişafının ön plana çəkilməsi nəzərdə tutulub: “Mingəçevir təhsil işçiləri 2015-2016-cı dərs ilində Təhsil İslahatı proqramı və “Strategiya”nın həyata keçirilməsi sahəsində vəzifələri layiqincə yerinə yetirməyə, daha yüksək nəticələr əldə etməyə çalışıblar və düşünürəm ki, buna əsasən nail olublar. Qeyd edim ki, Mingəçevir ŞTŞ 2015-2016 -cı dərs ilinə 19 tam orta məktəb, 2 lisey, 1 internat olmaqla cəmi 22 ümumtəhsil məktəbi və 7 məktəbdənkənar tərbiyə müəssisəsi ilə başlamışdır. Bu məktəblərdə 13739 şagird təhsil almış, məktəbdənkənar təhsil müəssisələrində 1319 şagird idman və yaradıcılıq dərnəklərinə cəlb olunmuşdur”.

Təhsilin maddi-texniki bazası haqqında məlumat verən müdir bildirdi ki, Mingəçevir şəhərindəki 1, 7, 9 saylı məktəblərdə əsaslı təmir işləri başa çatdırılmış və bu məktəblərin kollektivləri 2016-2017-ci dərs ilini əsaslı təmir edilmiş binalarda çalışacaqlar. O həmçinin bildirdi ki, artıq Mingəçevir məktəblərinin 70% -ə qədəri əsaslı təmir edilib və müasir avadanlıqlarla təmin olunub.

 

 

s3

Daha sonra Sahib Məmmədov əldə olunmuş uğurlardan söz açdı: “Bu il XI sinfi 781 şagir bitirib ki, onlardan 562 nəfəri ali məktəbə sənəd verib, 390 nəfər ali məktəblərə qəbul olub. Onlardan 38 nəfəri 600-dən yuxarı bal toplayıb”. “Medalçı məzunlarımızla da fəxr edirik”, – sözləri ilə söhbətini davam etdirən müdir dedi ki, 2015-2016-cı dərs ilində fənn olimpiadalarının Respublika mərhələsinə vəsiqə qazanmış 12 nəfər Mingəçevir məktəblisi mükafata layiq yerlər tutub: “Bu il orta məktəbi bitirən şagirdlərimiz 5 qızıl və 1 gümüş medala sahib olublar. Onu da vurğulayım ki, Respublika fənn olimpiadasında iştirak edib, şəhər və zona turlarında birinci yerə layiq görülmüş Təbiət-Riyziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin məzunu Cəbrayılova Aytac bu il orta məktəbi qızıl medalla bitirib və 686 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakultəsinə qəbul olunub”. Onun sözlərinə görə, Texniki Humanitar Liseyinin eksperimental sinfinin şafirdi Əlizad Emil bu il fizika fənni üzrə Qazaxstanda keçirilmiş olimpiadada 3-cü yerə layiq görülüb. Bu fənn üzrə respublika olimpiadasında isə o, qızıl medal alıb”.

Sahib Məmmədov təhsil müəssisələrinin digər nailiyyətlərindən də söz açaraq qeyd edib ki, ötən tədris ilində üç məktəb (7,10 saylı məktəblər və Texniki-Humanitar Lisey) “Ən yaxşı ümumtəhsil məktəbi “müsabiqəsinin qalibi olub. Eyni zamanda Texniki Humanitar Liseyinin riyaziyyat müəlliməsi Arzu Hüseynova və Təbiət-Riyziyyat və Humanitar Elmlər Təmayüllü Liseyinin ingilis dili müəlliməsi Mələknisə İsmayılova “Ən yaxşı müəllim” adına layiq görülüblər.

Məruzədən sonra müəllimlər çıxış ediblər. (Konfransda Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev da fikir və düşüncülərini təhsil işçiləri ilə bölüşüb).686 bal toplamış Aytac Cəbrayılova isə öz çıxışında qazandığı uğurların başında müəllimlərin əməyinin dayandığını söyləyib. O buna görə bütün müəllimlərinə öz təşəkkürünü bildirib. O, həmçinin ali məktəbdə də onların etimadını doğruldacağını qeyd edib.

 

s4

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov konfransda çıxış edərək son illər təhsildə qazanılan uğurları dövlət qayğısının nəticəsi kimi dəyərləndirib. O, şəhərdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən və keçirilməsi nəzərdə tutulan işlərdən danışıb, həmçinin keçən tədris ilində buraxılan nöqsanların aradan qaldırılması üçün tapşırıq və tövsiyyələrini verib. Qazanılan uğurlara görə pedaqoji kollektivləri təbrik edərək, onlara yeni dərs ilində uğurlar arzulayıb.

Tədbirin sonunda təhsildə fərqlənən bir qrup müəllimə icra hakimiyyətinin fəxri fərmanı təqdim edilib.

Esmira Hidayətova.