Mingəçevir sakini 4 rəngli çörək hazırlayıb

364

Azərbaycanda ilk dəfə olaraq 4 rəngli çörək hazırlanıb.  Mingəçevir sakini Zaur Qəniyev yer kökü, çuğundur, kərəviz, un və sudan istifadə etməklə bu ilki reallaşdırıb.

Uzun illərdir aşbazlıq edən Z.Qəniyev, fərqli qidanın maya dəyərinin baha olmasına baxmayaraq dadlı və keyfiyyətli olduğunu deyir. Çəkisi 1 kq 200 qram olan 4 rəngli çörəyi hazırlamaq ustaya 80 qəpiyə başa gəlir.

Aşbaz Zaur Qəniyev deyir ki, hazırlanması adi çörəkdən fərqlənmir. Ayrı-ayrı qablarda çuğundur, yer kökü, kərəviz şirələri ilə yoğrulan xəmir bir qədər gözlədikdən sonra formaya salınaraq sobaya qoyulur. Təxminən 30 dəqiqə sonra 4 rəngli çörək hazır olur.

Mingəçevirli aşbaz onu da bildirdi ki, hələ ki, maraqlı görünüşə malik olan çörəyin geniş satışını etməsədə, çalışdığı məkanada müştərilərə təklif edir. Zaur usta tərkibində faydalı maddələr olan qida vasitəsinin insanlar tərəfindən maraqla qarşılandığını bildirdi.