“Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş iclas keçirilib

109

 

Mingəçevir şəhər İcra Hakimiyyətinin müşavirə zalında şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın geniş iclası keçirildi. Şura iclasını açıq elan edən  icra başçısı İlham İsmayılov  gündəliyidə duran məsələ ilə iştirakçıları tanış etdi. Qeyd olundu ki, şura iclasının gündəliyində bir məsələ durur.
Gündəlikdə duran  məsələ haqqında məlumatla başçının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri Məhluqə Cavadova  çıxış еtdi.
Məruzə ətrafında çıxışlarda Maliyyə şöbəsinin Sektor müdiri Eldar Ömərov, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Əli Ağamirov, Şəhər Təhsil şöbəsinin müdiri vəzifəsini icra edən Zamik Cəbiyev, Gəncər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, 8 saylı Regional  Екologiya və Təbii  Sərvətlər idarəsinin rəisi Tofiq Əsgərov iştirak etdilər. Maliyyə İdarəsinin sektor müdiri Eldar Ömərov 2022-ci ilin birinci rübü ərzində gəlirlər və xərclər barəsində ətraflı məlumat verib.
Əli Ağamirov rüb ərzində şəhərdə görülən işlərə toxunaraq bildirdi ki, şəhərin abadlaşdırılması və yenidən qurulmasında kollektiv üzvləri fəallıqla iştirak edirlər. Yaşıllıqların qorunması və vaxtlı-vaxtında suvarılması üçün şəhər İcra Hakimiyyəti başçısının yaxından köməyi ilə əsaslı işlər görülmüş, 104 hektaradək yaşıllıq sahəsinə suvarılma xətləri demək olar ki, tamamilə çəkilmişdir. Yeni park və xiyabanların salınmasında və onlara xidmət göstərilməsində öz töhfəmizi veririk. İl yeni başlamasına baxmayaraq artıq bir çox yeniliklər özünü göstərməkdədir. Biz hazırda məhəllədaxili su xətlərinin çəkilməsi, o cümlədən yeni parkların salınması üzərində işləyirik. Şəhər İcra Hakimiyyətinin tədbirlər planına müvafiq olaraq görülən bu işlər vaxtında yerinə yetiriləcək.
Şəhər Təhsil şöbəsinin müdiri vəzifəsini icra edən Zamik Cəbiyev şəhər təhsilinin uğurlarından danışaraq bildirdi ki, cari ildə bir sıra məktəblərimizin əsaslı təmirinə ehtiyac var. 2, 6, 17 nömrəli məktəblər xüsusilə bərbad vəziyyətdədir. Bir sıra məktəblərimizdə istilik sistemləri olmadığından çətinliklər meydana çıxır. Z.Cəbiyev eyni zamanda məktəb ərazisində olan yaşıllıqların vaxtlı-vaxtında suvarılmasına ehtiyac duyulduğunu və bu məqsədlə məktəblərə əlavə su xətlərinin çəkilməsinə ehtiyac duyulduğunu diqqətə çatdırdı. O cümlədən qaz sayğaclarının olmamasını xüsusi vurğuladı.
Gəncər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli diqqəti şəhərdə keçirilən bir sıra idamn tədbirlərinə yönəltdi. Xüsusilə bildirdi ki, “Şahin” Hərbi İdman oyunlarının və Hərbi Vətənpərvərlik üzrə digər idman oyunlarının vaxtaşırı keçirilməsi diqqətəlayiq hadisəyə çevrilib. Hazırda məhəllədaxili idman oyunlarının təşkilinə diqqəti yönəltmişik. Bu istiqamətdə mühüm tədbirlər hazırlayırıq.


8 saylı Regional  Екologiya və Təbii  Sərvətlər idarəsinin rəisi Tofiq Əsgərov dedi ki, ərazi idarəmiz Mingəçevirdən başqa 6 rayonu əhatə edir. Lakin bunların hamısından daha çox Mingəçevirdə aparılan işlərə diqqət yönəlib. Etiraf etmək istəyirəm ki, şəhərimiz ekoloji cəhətdən daha sağlam və daha yaxşı tərzdədir. Burada ağacların suvarılması, qorunub–saxlanılması, eləcə də budanması uğurla həyata keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu baxımdan Mingəçevirə xüsusi qiymət verir. O, eyni zamanda şəhərdə sudan istifadənin və itkilərə yol verilməməsinin diqqətədə saxlanılmasının vacibliyini bildirdi. Atmosferə atılan tullantıların azalmasını və zibil poliqonlarını daha qorunaqlı saxlanılamsını məqəsəduyğun hesab etdi.
Şura iclasının gedişatında şəhər həyatı ilə bağlı bir sıra məsələlərə aid suallar səsləndirildi və şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov həmin məsələlərə  aydınlıq gətirdi.
Çıxışlardan sonra Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov müzakirə olunan məsələyə yekun vuraraq qeyd etdi ki, qarşıda bizi daha mürəkkəb, daha çətin vəzifələr gözləyir. Hesab edirəm ki, Sizin yaxından dəstəyiniz və köməyinizlə biz bu məsələlərin öhtəsindən uğurla gələcəyik. Şura iclasında müzakirə olunan məsələyə dair qərar layihəsi dinlənilərək qəbul olundu.

Esmira Hidayətova, Mingəçevir