Mingəçevir şəhərinin 68 yaşı tamam oldu

1001

Mingəçevirə şəhər statusunun verildiyi gündən 68 il keçir. Əsası 1945-ci ildə qoyulan, 1948-ci il noyabrın 11-də isə şəhər statusu verilən Mingəçevir zəhmətkeş insanların əməyi sayəsində gündən-günə inkişaf edərək qocaman bir şəhərə çevrilib.

m2

Hazırda respublikamızın iri sənaye mərkəzlərindən biri olan Mingəçevi bugünkü görkəmi üçün onun təməlini qoyan və bu işdə fəal iştirak edən insanlara borcludur. Mingəçevirə 1948-ci ildə şəhər statusu veriləndən sonra buraya yaşamaq üçün gələnlərin sayı artıb. Sənaye obyektlərinin inşası isə şəhərin ölkəmizin ən iri sənaye mərkəzlərindən birinə çevirilməsinə səbəb olub. 1950-ci ildən sonra burada əhalinin sayı çoxalıb. 68 il əvvəl bünövrəsi qoyulmuş bu şəhər çox qısa müddətdə ölkə sənayesinin inkişafına dəyərli töhfələr verib. Bu illər ərzində şəhər gündən-günə böyüyüb, ilbəil dəyişib və insanların əməyi sayəsində qocaman bir şəhər olub.
m3

Bu münasibətlə Mingəçevir Dövlət Dram teatırında Şəhər günü qeyd edilib. Tədbirə şəhər rəhbərliyi də qatılıb. Əvvəlcə Mingəçevirin dünəni, bugünü ilə bağlı videoçarx nümayiş olunub. Daha sonra teatırın aktyorlarının ifasında tamaşa göstərilib. Konsertə respublikanın tanınmış müğənniləri, aktyor və aktirisaları da qatılıblar. Onların ifasında rəngarəng mahnılar, tamaşalar nümayiş olunub. Mingəçevirin yerli müğənilləri də öz töhfələrini oxuduqları şən mahnıları ilə tamaşaçılara çatdırıblar. Tədbirdə şəhərin qurulmasında əllərinin zəhməti olan insanlarından söz açılıb onların əməyi xüsusilə qeyd edilib.
m5

Qeyd edək ki, Azərbaycanın müxtəlif şəhər və rayonlarından Mingəçevir Su Elektrik Stansiyasının inşası işlərinə 20.000-dək insan cəlb edilib. Ölkənin ən təcrübəli mütəxəssisləri Mingəçevirə, postsovet məkanının ən böyük su elektrik stansiyasının quraşdırılmasına cəlb edilib. Bugünkü Mingəçevir şəhəri su elektrik stansiyasının tikilməsiylə əlaqədar olaraq qurulub və 1948-ci ildə ona şəhər statusu alıb. m6

Mingəçevir su anbarı 1953-1959-cu illərdə su ilə doldurulub. Anbarın su tutumu 16070 milyon kubmetrdir. Dəryaçanın uzunluğu 70 km, eni 13-18 kilometrdir. Su anbarının tikilməsi və su mənbəyini ondan götürən Yuxarı Şirvan və Yuxarı Qarabağ kanallarının çəkilməsi ölkədə 970 min hektar sahəni suvarmağa imkan yaradıb, 200 min hektar sahənin su altında qalmaq təhlükəsini aradan qaldırıb.
Konsertin sonunda səhərimizə gələn qonaqlar çıxış edərək şəhərin gözəlliyinə vurğun olduqlarını bildiriblər. Qeyd ediblər ki, şəhərə hər səfərimizdə yeniliklərlə qarşılaşırıq. “Bu gün də Mingəçevir bayram libasında idi” deyən qonaqlar mingəçevirliləri Şəhər günü münasibəti ilə təbrik ediblər.
Beləcə, Mingəçevir çal-çağıral, toy -büsatla daha bir yaş da böyüdü inkişaf etdi. Əziz şəhərimiz, ad günün mübarək.
Esmira Hidayətova, Mingəçevir.