Mingəçevir şəhər YAP Qadınlar Şurası 35 aztəminatlı ailəyə yardım etdi

0
426

  .

Bütün dunyanı ağuşuna alan COVİD-19 virusunun tuğyan etdiyi bir vaxtda, yaşadığımız karantin gunlərində Mingəçevir şəhər YAP Qadınlar Şurasınım sədri Nurcamal Əsgərovanın rəhbərliyi ilə Şura üzvlərinin #bizbirlikdəgüclüyük şuarı altında həyata keçirdiyi aztəminatlı ailələrə, tənha insanlara, tək analara, himayəsində əlil və xəstəsi olan ailələrə yardım kompaniyası cərcivəsində 35 aztəminatlı ailəyə ərzaq yardımı, 1 ailəyə isə nagd pul yardımı olunmuşdur.

 Bu barədə saytımıza məlumat verən Nurcamal Əsgərova, həmçinin bildirmişdir ki,  COVİD-19 virusunun respublikamızda geniş yayılmasının vaxtında qarşısının alınması və kutləvi fəlakətə səbəb olmaması üçün ölkə başçımız cənab İlham Əliyevin oncədən düzgün və yerində verdiyi qərar və sərəncamları dəstəkləyir, cənab Prezidentin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışına səs verərək hər birinizi #evdeqalmağa və qayda-qanuna əməl etməyə çağırırıq: “Ümid edirik ki, intizamlı vətəndaşlarımız bu virusla mübarizədə dövlət siyasətini dəstəkləyərək tezliklə bu xəta-bəlanın ölkəmizin başı üzərindən çəkilməsinə kömək edəcəklər.

Onu da qeyd edim ki, bu kompaniyada şəhərimizin ziyalı xanımları – Ədalət xanım, Natavan xanım, Nailə xanım, Gültəkin xanım, Xurşud xanım, Dilşad xanım, Sevinc xanım, Lamiyə xanım və Günel xanım daha cox fəallıq nümayiş etdirmişlər”.

Esmira Hidayətova, Mingəçevir