Mingəçevir şəhər Polis şöbəsinin Dövlət Yol Polisi bölməsi növbəti reyd keçirib

1395

Mingəçevir şəhər Polis şöbəsinin Dövlət Yol Polisi bölməsi növbəti reyd keçirib. Reyd zamanı sərnişindaşıma sürücülük hüququ olmayan, cərimələri ödəməyən, həmçinin təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər müəyyənləşib. Reyddə polisə tabe olmayan sürücülər də aşkarlanıb. Onlara qarşı da protokollar tərtib olunub.

 

Mingəçevir şəhər Polis şöbəsinin Yol Polisi bölməsinin təbliğat və təşviqat üzrə inspektoru Xətai Məmmədovun sözlərinə görə, 2 saat ərzində şəhərin müxtəlif ərazilərində keçirilən reyddə sərnişindaşımada sıxlıq yaradan 16 sürücüyə qarşı sürücüyə protokol tərtib edilib. Avtomobillərdə qara plyonkadan hələ də istifadə edən 18 sürücü cəzalandırılıb. Qaydaları pozan, dayanacaqlardan kənar saxlayan və səliqəsiz nəqliyyat vasitəsini idarə edənlərə qarşı müvafiq qaydada tədbirlər görülüb.

 

Mütəmadi təşkil olunan reydlərdə əsas məqsəd sərnişindaşımada xidmətin keyfiyyətini yüksəltməkdir. Qeyd edək ki, reyd zamanı polisə müqavimət göstərən məsulliyyətsiz sürücülər də olub. Onlar yazılan cərimələrə etirazlarını bildiriblər.