Mingəçevir şəhər İcra Hakimiyyətində Şuranın növbəti iclası keçirilib

95

 

 

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı yanında şuranın növbəti iclası keçirildi. İcra Hakimiyyətinin müşavirə zalında keçirilən iclası giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov gündəlikdə duran məsələlərlə iştirakçıları tanış etdi. Gündəlikdə 4 məsələ dururdu: 1.Şəhərin yol və səkilərinin saxlanılması, yağış sularının idarə olunması, sel-su mühafizə kanalına nəzarəti sahəsində fəaliyyəti haqqında MKT İB-nin hesabatı. 2.Əhaliyə göstərilən poçt və rabitə xidmətlərinin təhlili, müasir xidmət növlərinin tətbiqi istiqamətində görülən tədbirlər. 3.Mingəçevir şəhərində fəaliyyət göstərən siyasi partiyaların yerli təşkilatları və QHT-lərlə aparılan işlərin vəziyyəti barədə. 4.Memarlıq və tikinti şöbəsinin 2022-ci ildə həyata keçirdiyi tədbirlər haqqında.

1-ci məsələ haqqında şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Şəhriyar Mustafayev, 2-ci məsələ haqqında şəhər İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fərid Məmmədov, 3-cü məsələ haqqında şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Kərimov, 4-cü məsələ haqqında aparatın Memarlıq və tikinti şöbəsinin müdiri Etibar Abdullayev çıxış etdilər. Məruzələr ətrafında müzakirələrdən sonra şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şuranın iclasına yekun vurdu.

 

Esmira Hidayətova