Mingəçevir şəhər İcra Hakimiyyətində Şuranın növbəti iclası keçirildi

111

 

 

Mingəçevir şəhər İcra Hakimiyyətinin müşavirə zalında İcra Hakimiyyətinin başçısı yanında Şuranın növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov gündəlikdə duran məsələlərlə iştirakçıları tanış etmişdir: “2022-ci ilin 6 ayında Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının vəziyyəti və ilin ikinci yarısında qarşıda duran vəzifələr”. “Şəhər Təsərrüfatı müəssisələrinin 2022-ci ilin I yarısında fəaliyyəti haqqında”. “Şəhərdə uşaq və gənclərin asudə vaxtının təşkili, onların dünyagörüşünün formalaşdırılması sahəsində görülən işlərin vəziyyəti haqqında. “Mingəçevir şəhər İcra Hakimiyyətinə 2022-ci ilin birinci yarımilliyində daxil olmuş sənədlərlə işin, vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması vəziyyəti haqqında”.

Sonra qeyd etmişdir ki, 2022-ci il iyul ayının 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilmişdir. Dövlət başçısı çıxışında bildirmişdir ki, ilin altı ayı bir daha onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir. 2022-ci ilin 6 ayı ərzində iqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz, əhalinin gəlirləri təxminən 20 faiz artıb. Bu çox yaxşı nəticələrdir və bu nəticələri biz real həyatda da görürük. Azərbaycanın xarici ticarəti də böyük dərəcədə artaraq 70 faizdən çox olmuşdur. Belə ki, ixracımız 2 dəfədən çox, qeyri-neft ixracımız 25 faizdən çox artmışdır. Xarici ticarət balansının müsbət saldosu 6 ayda 12,1 milyard dollar təşkil etmişdir. Bütün bu rəqəmlər  ölkə üçün qürur mənbəyi ola bilər.

Şura iclasında birinci məsələ ilə bağlı başçının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fərid Məmmədov çıxış etmişdir. Məruzə ətrafında müzakirələrdə Maliyyə şöbəsinin müdiri Sultan Əsədov, Yaşıllaşdırma və sanitar təmizlik idarəsinin rəisi Əli Ağamirov, Sukanal idarəsinin rəisi Samir Əliyev, Gənclər və idman idarəsinin rəisi Kamal Nəcəfli, sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəinin müdiri Tərlan Əliyeva çıxış etmişlər. İkinci məsələ haqqında hesabatla başçının müavini, şəhər təsərrüfatı şöbəsinin müdiri Məhluqə Cavadova məlumat verib. Məruzə ətrafında Yaşıllaşdırma və sanitar təmizlik idarəsinin rəisi Əli Ağamirov, Sukanal idarəsinin rəisi Samir Əliyev çıxış etmişlər.

Üçüncü məsələ haqqında hesabatla başçının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Kərimov məruzə etmişdir. Məruzə ətrafında Gənclər və idman idarəsinin rəisi Kamal Nəcəfli çıxış etmişdir.

Dördüncü məsələ haqqında məlumatla sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəinin müdiri Tərlan Əliyeva çıxış etmişdir.

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov müzakirə olunan məsələlərə yekun vuraraq qeyd etmişdir ki, Mingəçevir şəhərində həyata keçirilən abadlıq quruculuq işləri bizə imkan verir ki, bu qəbildən olan tədbirləri ardıcıl olaraq davam etdirməklə şəhərimizin inkişafına təkan verək. Ölkə rəhbəri cənab ilham Əliyevin tövsiyyə və tapşırıqlarını layiqincə yerinə yetirməklə insanların məmnunluq hisslərini artıraq, onların yaşam tərzini yüksəldək. İcra başçısı bununla bağlı şura iclasında iştirak edən idarə, müəssisə, təşkilat rəhbərlərinə bir daha tapşırıqlarını verdi, insanlarla aparılan işin daim yüksəldilməsini tövsiyə etdi. Şura iclasında müzakirə olunan bütün məsələlərə dair müvafiq qərarlar qəbul olundu.

 

Esmira Hidayətova, Mingəçevir