Mingəçevir Regional Debat Mərkəzi mükafatlandırıldı

0
427

Debat interaktiv və müxtəlif əks tərəflərin təmsilçilərindən ibarət müzakirə metodudur. “Milli Debat Proqramı”nın təklif etdiyi bir sıra formatlarda təşkil olunan debat təlimləri və raundları vasitəsilə məntiqi davamlılıq, araşdırma bacarığı, auditoriyaya emosional müraciət, inandırma qabiliyyəti gənclərə öyrədilir. Bu, gənclərin təhsil proqramı və bir intellektual komanda oyunudur. Bütün bunlara əsaslanaraq, Debat sabaha gedən yol, gənclərin hərtərəfli inkişafı üçün bir nömrəli vasitədir, desək, yanılmarıq. Bu yolun yolçuları olan Debatçıların çiyinlərində məsuliyyət adlı bir yük var. Təbii ki, xalqın gələcəyi, dövlətin qüdrəti, bu məsuliyyət yükünün necə dərk olunmasından asılıdır. Hər bir gənc öz dövlətinin ideologiyasına bələd olmalı, onu tam mahiyyətlə dərk etməlidir. Bunun üçün də düşünürük ki, gənclər “Natiqlik” cəhətdən təkminləşməlidir. Bunda isə əlbəttə, ilk növbədə Debatların müstəsna rolu vardır. Mingəçevir şəhərində isə bu missiyanı yetərincə məhatrətlə yerinə yetirən Mingəçevir Regional Debat Mərkəzidir.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən həyata keçirilən “Respublika Gənclər Debat Forumu: Yaz 2017″nın “Final- Mükafatlandırma-Bağlanış” mərasimi keçirilib. Tədbirdə Mingəçevir Regional Debat Mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilərək, “Respublika Gənclər Debat Forumu: Yaz 2017” layihəsi çərçivəsində “Islam Həmrəyliyi” ideyalarının təbliğində fəal iştirakına görə xüsusi “DİPLOM”la təltif edilib.

Qeyd edək ki, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin Mingəçevir nümayəndəliyi olan Mingəçevir Regional Debat Mərkəzi rəsmi mərkəz kimi 15 oktyabr 2015-ci ildə fəaliyyətə başlamısdır. Qısa zaman ərzində Mərkəz İdarə heyətini formalaşdırmışdır. Mərkəz tərəfindən Mingəçevir Dövlət Universiteti, Mingəçevir Turizm Kolleci, Mingəçevir Tibb Kolleci, Mİngəçevir Peşə Məktəbi tələbələrinə, İSTƏK liseyinin şagirdlərinə, eləcə də Mingəçevir şəhərində fəaliyyət göstərən ümumtəhsil orta məktəblərində “Karl Popper” Debat Formatında təlimlər keçirilmişdir. Ümumilikdə 600-dən çox tələbəyə, 700-dən çox şagirdə təlim keçirilmişdir. Mingəçevir Regional Debat Mərkəzi təlimlər, forumlarla kifayətlənməyərək daim gənclərin asudə vaxtlarının səmərəli keçirilməsinə və şəxsi inkişafına yönəlmiş müxtəlif formatlı partylər, maarifləndirici aksiyalar, flaş-moblar, tədbirlər, seminarlar keçirərək Azərbaycan Gəncliyinə öz töhfəsini verməkdədir. Mingəçevir Regional Debat Mərkəzin gördüyü işlər, qazandığı uğurlar nəinki Mingəçevir ictimaiyyətində, regionda hətta respublikada belə diqqət mərkəzindədir. Buna sübut olaraq Mərkəzin yaranmasının bir ili tamam olmadan Mingəçevir Regional Debat Mərkəzinin gənclər arasında multikulturalizm ideyalarının təbliğində fəal iştirakına görə Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Seymur Hüseynov tərəfindən xüsusi diplomla mükafatlandırılmasını göstərmək kifayət edir. Biz də öz növbəmizdə Mingəçevir Regional Debat Mərkəzini təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik.

Esmira Hidayətova, Mingəçevir