Mingəçevir Regional Debat Mərkəzi hesabat verdi

995

Bu gün Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin dəstəyi, Mingəçevir Regional Debat Mərkəzinin və Gənclər Evinin təşkilatçılığı ilə Gənclər Evində Mingəçevir Regional Debat Mərkəzinin Birillik hesabat konfrası keçirilib
Tədbirdə, Mingəçevir şəhər ictimaiyyətinin nümayəndələri, Mingəçevir Dövlət Universiteti, Mingəçevir Turizm Kolleci Mingəçevir Tibb Kollecinin müəllim və tələbələri, orta məktəb şagirdləri, QHT nümayəndələri, Kütləvi İnformasiya Vasitələrinin əməkdaşları iştirak ediblər. Əvvəlcə tədbir iştirakçılarına Mingəçevir Regional Debat Mərkəzinin birillk fəaliyyətini əks etdirən video-çarx təqdim olunub, görülən işlər barədə məlumat verilib. Daha sonra mərkəzin sədri Etiram Sadıqzadə çıxış edərək mərkəzin növbəti birillik fəaliyyət planı haqqında danışıb.
v3

Tədbirdə digər çıxış edənlər -Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli,”Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin icraçı direktoru Ələkbər Mustafayev, Mingəçevir Regional QHT-lərin Resurs Mərkəzinin rəhbəri Fizuli Əsədov, Gənclər üçün Tədris Mərkəzinin Mingəçevir Regional ofisinin direktoru Tural Kərimov, “Qurtuluş” Televizyasının Mingəçevir Təmsilçiliyi rəhbəri İnqilab Şirinbəyli “Yeni avaz” qəzetinin Mingəçevir üzrə muxbiri Esmira Hidayətova mərkəzin gördüyü işləri yüksək qiymətləndirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
v2Tədbirin sonunda müxtəlif nominasiyalar üzrə təqdimatlar keçirilib.
Esmira Hidayətova