Dövlət Yol Polisinin (DYP) Mingəçevir bölməsi şəhərin müxtəlif ərazilərində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə sükan arxasında olan qadın sürücüləri təbrik edib. Belə ki, bölmənin əməkdaşları tərəfindən onlara tər çiçəklər hədiyyə olunub.

DYP-nin əməkdaşları sükan arxasında olan xanımlara gül dəstələri təqdim edərkən onlarla, həmçinin maarifləndirici söhbətlər də aparıblar.

Qeyd edək ki, son illər ölkəmizdə xanım sürücülərin sayı artmaqdadır. Xanım sürücülər arasında nə qədər kobud qayda pozuntularına yol verənlər olsa da, nizam-intizamı ilə seçilən sürücülər daha çoxdur.

Mingəçevir Yol polisi bölməsinin rəisi Cəmşid Abbasov bizimlə söhbətində bu il də ənənələrinə sadiq qalaraq sükan arxasında olan zərif cinsin nümayəndələrini bayram günü sevindirməyə nail olduqlarını söyləyib.

Xanım sürücülər isə son zamanlar polisin xeyirxah əmələrinin şahidi olduqlarını vurğulayıblar və Azərbaycan polisinə minnətdarlıqlarını bildiriblər.
Esmira Hidayətova, Mingəçevir