Mingəçevir Musiqi məktəbi fəal türklərlə onlayn görüş keçirib

0
197

“Dünyanın  müxtəlif coğrafi məkanlarında yaşayan və ictimai-mədəni sahədə fəaliyyət göstərən türklər Qarabağın dünyaya tanıdılması üçün bir araya gəlməyə hazırdır”.

Bu fikirlər Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin direktoru Vüsal Məmmədovun təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində yaşayan türklərlə keçirilən onlayın konfransda səsləndirilib. Konfransın keçirilməsində məqsəd Qarabağın, həmçinin işğaldan azad olunmuş rayonlarımızın tarixi, mədəniyyəti ilə onları tanış etmək, gələcəkdə birgə layihələrin icrası ilə bağlı müzakirələr aparmaq olub.

Onlayın görüşə Türkiyədən, İraqdan (türkmənlər), Macarstandan, Fransadan, Moldovadan (Qaqauziya), Rusiyadan (Tatarstan), Ukraynadan, İrandan (Cənubi Azərbaycan) və Şimali Kipir Türk Cumhuriyyətindən olan ictimai fəal türklər qatılıblar.

Tədbrinin təşkilatçısı Vüsal Məmmədov öncə Qarabağın tarixi, mədəniyyəti, milli dəyərləri, eyni zamanda erməni vandalizmi haqqında geniş şəkildə məlumat verib. O cümlədən, Qarabağın tarixi abidələrinin fotolarını nümayiş etdirib. Onlayın konfransa qoşulan türklər aparılan müzakirələrin hazırkı dönəm üçün mühüm əhəmiyyətini xüsusi vurğulayıblar. Qeyd edilib ki, bütün dünya türkləri ortaq mədəniyyətimizin, milli dəyərlərimizin qorunması, Qarabağın tarixi həqiqətlərinin dünyaya çatdırılması istiqamətində birgə əməkdaşlıq çərçivəsində çalışmalıdır. Dünyanın  müxtəlif coğrafi məkanlarında yaşayan və ictimai-mədəni sahədə fəaliyyət göstərən türklər Qarabağın dünyaya tanıdılması üçün bir araya gəlməyə hazırdır.

Vüsal Məmmədov daha bir təşəbbüslə çıxışı edərək bildirib ki, yaxın gələcəkdə Qarabağda – Şuşada, işğaldan azad olunmuş digər torpaqlarımızda Qarabağla bağlı elmi-praktik, elmi-nəzəri konfransların keçirilməsi siyasi- ideoloji baxımdan mühüm əhəmiyyətə malik ola bilər. Həmçinin, dünyanın müxtəlif ölkələrindəki türklərlə birgə konsert proqaramlarının, beynəlxalq səviyyəli festifalların keçirilməsi, işğaldan azad olunmuş bütün ərazilərdəki dini, mədəni-tarixi məkanların marşurtlarını müəyyən etməklə səfərlərin təşkili də səsləndirilən təkliflərdən olub. Bildirilib ki, birgə əməkdaşlıq çərçivəsində Qarabağ həqiqətləri ilə bağlı bir neçə dildə kataloqların hazırlanması, sənədli filimlərin çəkməsi, media turların təşkili, birgə layihələrin icrası, qarşılıqlı səfərlərin təşkili də önəmli addımlardan olardı.

Esmira Hidayətova, Mingəçevir