Mingəçevir məktəblisi dünya kubokunun qalibi olub

975

“Sərhədçi” İdman Olimpiya Mərkəzində alpaqut Turan döyüş sənəti üzrə dünya kuboku yarışları başa çatıb. Yarışlarda komanda hesabında Azərbaycan birinci yerə çıxıb. İran komandası ikinci, Türkiyə yığması üçüncü olub.

 

 

Xatırladaq ki, 15 ölkədən 300-ə yaxın idmançının iştirak etdiyi yarış alpaqutun aypara, batur, caymaz və gureş versiyaları üzrə keçirilib. Bu yarışda Mingəçevir  1,3,6 saylı  məktəblərin şagirdləri – Əliyev Vəli, Aslan Tanırverdiyev, Nəbiyev Məhəmməd, Əbəlfəz Məmmədov 1-ci 3 yerlərin qalibləri olublar (Məşqçi Mehman Məlikovdur). 3 saylı məktəbin 7-ci sinif şagirdi 35 kq çəki dərəcəsibdə 12-13 yaşlılar arasında birinci yerə çıxan Əliyev Vəli dünya kubokunun qalibi olub.

Qeyd edək ki,bu Vəli 6 yaşından idmana başlayıb. Bu günə qədər uğurları davam edir. Azərbaycan çempionu olub, turnirlərdə qalib gəlib. Bu gün bu münasibətlə 3 saylı tam orta məktəbdə təqdimat keçirilib. Təqdimatda 3 saylı məktəbin direktoru Kəmalə Tahirova çıxış edərək məktəbin təhsil sahəsindəki, idman sahəsindəki uğurlardansöz açıb. Şagirdlərə Vəlinin dünya kubokunun qalibi olduğunu bildirib. Məktəblilər Vəlini təbrik edib. Vəlinin sinif rəhbəri Sevinc Behbudova onun uğurlarına sevindiyini bildirib və qeyd edib ki, Vəli hətta dərs əlaçısıdır.

 

Esmira Hidayətova, Mingəçevir.