Mingəçevir icra başçısı qalibləri mükafatlandırdı

82

Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının təsdiq etdiyi tədbirlər planına əsasən şəhər ərazisində 18 oktyabr – Müstəqilliyin bərpasının 30 illiyi ilə əlaqədar silsilə tədbirlər davam edir.

İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Müstəqilliyin bərpasının 30 illiyinə həsr olunmuş ali və orta ixtisas məktəblərinin futbol komandaları arasında keçirilən turnirin qaliblərinin mükafatlandırma mərasimində iştirak edib.

İlham İsmayılov qalib komandaların üzvləri və tədbir iştirakçıları qarşısında geniş nitqlə çıxış edib. O, ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında əvəzsiz rolunu vurğulamaqla yanaşı, dahi liderin zərgər dəqiqliyi ilə hesablanmış strateji siyasi xəttinin uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin öz suverenliyini qoruyub saxlamaqla yanaşı, ildən-ilə gücləndiyini və inkişaf etdiyini söylədi. Prezidentimiz İlham Əliyevin Ulu öndərin siyasi xəttinin ən layiqli davamçısı kimi Azərbaycan xalqının firavanlığı və inkişafı naminə geniş fəaliyyətindən ətraflı söz açan İlham İsmayılov, eyni zamanda bildirdi ki, müzəffər Ali Baş Komandanımızın dəmir yumruğunun ətrafında xalqımızın birləşməsi və düşmənə sarsıdıcı zərbə endirməsi nəticəsində torpaqlarımız işğaldan azad olundu. Torpaqlarımızın azad olunması və Azərbaycanın uzun illərdən sonra həmin ərazilər üzərində faktiki sahibliyini rəsmiləşdirməsini ölkəmizin suverenliyinin bərpasının növbəti və sonuncu mərhələsi kimi qiymətləndirən İcra başçısı, tarixi zəfərin İlham Əliyevin necə dərin strateji düşüncəyə sahib olduğunu bir daha nümayiş etdirdiyini vurğuladı.

İcra başçısı çıxışdan sonra qalib komandaların üzvlərinə diplom və kubokları təqdim etdi. Şəhər rəhbəri hər bir komandaya uğurlar və bundan da böyük nailiyyətlər qazanmağı arzuladı. Sonra şəhər rəhbəri idmançılar ilə birgə xatirə şəkili çəkdirdi.

Esmira Hidayətova, Mingəçevir