Mingəçevir hesabat verdi

493

 Mingəçevir Dövlət Universitetinin akt zalında  Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın “2018-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2019-ci ildə qarşıda duran vəzifələr”ə həsr olunmuş geniş iclası keçirilib. Tədbirdən əvvəl Heydər Əliyevin büstü önünə tər çiçəklər düzülüb, ümummilli liderin xatirəsi yad edilib. Hesabat yığıncağında Milli Məclisin deputatı Əli Hüseynli, Prezident Administrasiyasinin məsul işçisi Vəfadar Bağırov, şəhərin idarə, müəssisə, təşkilatlarının rəhbərləri və şəhərin ictimayyət nüamyəndələri  iştirak ediblər.
   

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  hesabat məruzəsində bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə və regionlarda əldə olunmuş yüksək iqtisadi və sosial nailiyyətlər şəhərimizin də inkişafına öz müsbət təsirini göstərib.
Dövlət başçısının göstəriş və tapşırıqlarını fəaliyyət proqramı kimi qəbul edən Mingəçevir şəhər İcra Hakimiyyəti hesabat ilində geniş tədbirlər görüb və abadlıq işləri aparıb və bu işlər davam etdirilir. Daha sonra başçı 2018-ci il ərzində şəhərdə sosial-iqtisadi inkişafın bütün sahələrində böyük uğurlar qazanıldığı barədə və 2019-cu ildə qarşıda duran vəzifələr barədə yığıncaq iştirakşılarına hesabat verib.
   Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov 2018-cü ildə ölkədə aparılan işlərdən və qarşıda duran vəzifələrdən,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda davam edən hərtərəfli sürətli inkişafdan danışaraq dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi və sosial islahatların böyük əhəmiyyət daşıdığını qeyd edib. Milli Məclisin deputatı Əli Hüseynli  Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin əvvəlindən ardıcıl olaraq ölkə əhalinin sosial rifahının yaxşılaşdırılmasını təmin edən Fərman və sərəncamların böyük əhəmiyyət daşıdığını qeyd edib.

Hesabatdan sonra açıq mikrofon formatında şəhər  sakinlərin müraciətləri, istək və təklifləri dinlənilib.   
     Hesabata ŞİH başçısı İlham İsmayılov yekun vurub. Esmira Hidayətova, Mingəçevir