Mətbuat işçilərini təbrik ediblər

114

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyi mətbuat işçilərini təbrik edib.

Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Mingəçevirdə fəaliyyət göstərən mətbuat işçiləri ilə gənclərin görüşü keçirilib.

“Mingəçevir işıqları” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Fərman Nəbiyev, qəzetin redaktoru Yeganə Nəbiyeva,  və “Yeniavaz” saytının bölgə müxbiri Esmira Hidayətovanın iştirak etdiyi görüşdə gənclərə milli mətbuatımızın yaranması, keçdiyi çətin və keşməkeşli inkişaf yolu ilə bağlı məlumat verilib. Mətbuatın cəmiyyətin güzgüsü olduğunu deyən mətbuat işçiləri jurnalistika sahəsinin çətinlikləri və informasiyanı xalqa və dünyaya çatdırmaqdakı roluna diqqət çəkib.

Gənclərin suallarını cavablandıran qonaqlar jurnalist olmaq istəyən və bu sahəyə yeni başlayan gənclərə öz tövsiyələrini verib, onları hər zaman operativ olmağa, dürüst və qərəzsiz mövqe nümayiş etdirməyə çağırıb.

Esmira Hidayətova, Mingəçevir.