Mingəçevir Dövlət Universitetinin rektoru yüksək bal toplayan tələbə ilə görüşüb

0
74

2020-ci ilin 13 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov 2020/2021-ci tədris ilində universitet üzrə ən yüksək nəticə (624 bal) göstərərək “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olmuş Jalə Abdullayeva və onun valideyni ilə görüşüb.

Ş.Bayramov Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə doğma Azərbaycanımızın qazandığı şanlı qələbə münasibətilə görüş iştirakçılarını təbrik edib.

Qəbul imtahanında böyük nailiyyət qazanması münasibətilə J.Abdullayevanı təbrik edən rektor bu uğurda pay sahibi olan valideynlərə və müəllimlərə minnətdarlığını bildirib. İxtisas seçimində yalnız Mingəçevir Dövlət Universitetini seçdiyinə görə təşəkkürünü bildirən rektor təhsil aldığı müddətdə tələbə üçün zəruri olan bütün imkanların yaradılacağını diqqətə çatdırıb. Eyni zamanda, şərəfli və məsuliyyətli müəllimlik peşəsini seçməsini ölkəmizdə müəllim nüfuzunun artırılması istiqamətində reallaşdırılan məqsədyönlü tədbirlərin nəticəsi kimi qiymətləndirən rektor universitet birincisinə təhsildə və şəxsi həyatda yeni-yeni uğurlar arzulayıb. Ş.Bayramov müəllimlik ixtisasına yüksək balla qəbul olan bir tələbənin gələcəkdə dərs deyəcəyi şagirdlərə də örnək olacağına inandığını bildirib.

J.Abdullayevaonun ali təhsil müəssisəsi seçimində son dövrlərdə MDU-nun müasirləşdirilməsi istiqamətində görülən işlərin mühüm rol oynadığını diqqətə çatdırıb və MDU ailəsinin layiqli üzvü olmağa çalışacağını bildirib.  J.Abdullayevanın valideyni göstərilən diqqətə görə təşəkkür edib və övladının MDU-da yüksək ixtisaslı mütəxəssis kimi yetişəcəyinə əminliyini ifadə edib.

Sonda Ş.Bayramov universitet birincisinə tələbə bileti və xatirə hədiyyəsi təqdim edib.

Esmira Hidayətova, Mingəçevir