Mingəçevir Dövlət Rəsm Qalareyasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş gənclərin əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgiyə Mingəçevir icra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər ictimayyətinin nümayəndələri, məktəblilər 20 yanvar faciəsinin dəhşətlərini əks etdirən sərgi ilə tanış olublar.
Sərgiyə baxışdan öncə Rəsm Qalareyasının müdiri Böyükkişi Adilbəyli sərgilənən rəsm əsərləri barədə qısa məlumat verib. Daha sonra icra başçısı İlham İsmayılov Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş faciə barədə geniş məlumat verib. Başçı, keçmiş sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktının insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb. Bu hadisənin Azərbaycanda müstəqillik hərəkatını sürətləndirdiyini və Sovet İttifaqına ciddi zərbə vurduğunu deyən başçı faciəyə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini, faciə qurbanlarının xatirəsinin hər il dövlət səviyyəsində anıldığını, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonda tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Esmira Hidayətova, Mingəçevir