Mingəçevir bələdiyyəsinin sədri də beynəlxalq tədbirdə iştirak edib

96

Türkiyənin İstanbul şəhərində Türk Dünyası Bələdiyyələr Birliyinin 6-cı Olağan Genel Kurul Toplantısı keçirilib. Toplantıda Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğan geniş nitq söyləyib. O, Türk Dünyası Bələdiyyələrinə uğurlar diləyib və bələdiyyələrin qarşılıqlı münasibətləri daha da genişləndirməyi tövsiyə edib.

İyunun 11-12-də Bursa şəhərində Beynəlxalq Yerli özünüidarəetmə Konfransı olub. Konfransda dünyanın bir çox yerindən bələdiyyə nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, qurultay və konfransda Azərbaycanı Mingəçevir bələdiyyəsinin sədri Ramiz Əliyevin də daxil olduğu 18 nəfərlik nümayəndə heyəti təmsil edib.

Esmira Hidayətova, Mingəçevir