Mingəçevir Bələdiyyəsində yerli KİV nümayəndələri ilə görüş keçirilib

86

May ayının 16-da Mingəçevir Bələdiyyəsində yerli KİV nümayəndələri ilə Bələdiyyə sədri Ramiz Əliyevin, bələdiyyə üzvlərinin və komissiya sədrlərinin görüşü keçirildi. Görüşü giriş sözü ilə açan Ramiz Əliyev son iki il yarım ərzində bələdiyyənin Mingəçevir şəhərində apardığı işlərdən danışaraq bələdiyyənin yeni tələblərə uyğun formalaşmasında qarşıya çıxan problemlərdən söhbət açdı. Qeyd olundu ki, şəhər İcra Hakimiyyətinin yaxından dəstəyi və köməyi ilə Mingəçevir Bələdiyyəsi şəhərimizdə sakinlərin istək və arzularına uyğun olaraq abadlıq quruculuq işləri aparır, bir sıra park və xiyabanların, istirahət məskənlərinin yenidən qurulmasında və bərpa olunmasında müvəffəqiyyətə nail olur. Xüsusilə Səməd Vurğun meydanının abadlaşdırılması, Bələdiyyə Parkında yenidənqurma işlərinin, yaşıllıq zolaqlarının genişlənməsi, oturacaqların qoyulması, Həzi Aslanov, Heydər Əliyev və İsmət Qayıbov küçələrinin kəsişdiyi ərazidə yeni

nümunəvi istirahət məskəninin yaradılması diqqətə çatdırıldı. Bununla yanaşı Sahil Parkında insanların rahat istirahətlərinin təmin olunması məqsədi ilə Kür çayı üzrərində gəmilərin gediş-gəlişi və sahildə lövbər salmaları üçün dayanacağın qaydaya salinması işlər aparılır. Burada mövcud olan özbaşına fəaliyyətlərə son qoyulmaqla müasir avadanlıqların quraşdırılması da başa çatdırılır. Bələdiyyə sədri ölkə Prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramı çərçivəsində Mingəçevir şəhərində də genişlənən, ardıcıl olaraq davam etdirilən abadlıq quruculuq işlərində Bələdiyyənin rolundan bəhs etdi və bu fəaliyyətin sakinlərin məmnunluq hisslərinin artırılmasına xidmət edildiyini bildirdi.

Qeyd edək ki, görüşdə bələdiyyənin fəaliyyəti ilə razı olmayan və bu işə mane olan bəzi mətbuat nümayəndələrinin, xüsusilə “Kanal-24” kimi qərəzli mövqe tutan KİV-lərin yayımı diqqət mərkəzinə çəkildi. Qeyd olundu ki, bu kanal Mingəçevir şəhərində aparılan işlərdən söz açmaq əvəzinə qarayaxma ilə məşğul olur, reallıqdan kənar informasiya yayır. Konkret olaraq Mingəçevir qəbiristanlığındakı natəmizlikdın söz açmaqla bu işdə şəhər İcra Hakimiyyətinin başçısını günahlandırır. Halbuki, şəhər icra Halkimiyyətinin və onun başçısının bu işə heç bir aidiyyəti yoxdur. Çünki qəbiristanlıqlar 2018-ci ildən şəhər Bələdiyyəsinin tabeliyinə verilib. Həm də bu qəbiristanlığın harada yeriləşdiyi göstərilmir. Xatırladaq ki, şəhərdə üç qəbiristanlıq var və hər birində məhz Bələdiyyənin diqqəti sayəsində səliqə sahman mövcuddur.

Görüşdəı jurnalistləri narahat edən bir sıra digər məsələlərə də aydınlıq gətirildi. Başlıcası isə Sahil parkında qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarının məsuliyyətsizliyindən söz açıldı, onların bələdiyyə ilə sıx əlaqədə fəaliyyət göstərmələrinin zəruriliyi tövsiyə olundu.

Jurnalistlər qarşısında bir növ hesabat xarakterli keçən görüş diskussiya ilə davam etdi.

Esmira Hidayətova, Mingəçevir