Mingəçevir Bələdiyyəsi hesabat verib

Mingəçevir Bələdiyyəsi 2018-ci ildə görülmüş işlər  barədə hesabat verib. Tədbirdə bələdiyyə üzvləri, şəhər İcra hakimiyyətinin məsul işçiləri, KİV, QHT, məhəllə komitələri, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

Bələdiyyənin sədri Coşqun Abdullayev hesabat məruzəsi ilə çıxış edib. Məruzə ətrafında şəhər İcra Hakimiyyətinin  Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəsul Paşayev, şəhər İcra Hakimiyyəti Başçısının icra nümayəndələri Rizvan Mikayıllı, Faiq Mustafayev, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, məhəllə komitələrinin rəhbərləri – Əbülfət Babayev, İspəndiyar Musayev, “Çernobıl” cəmiyyəti şəhər şöbəsinin sədri Ziyəddin Qocamanov, Rayonlararası Lal-karlar cəmiyyətinin sədri Elman Abbasov, “Zəhra” məscidi dini icmasının sədri Samit Tağıyev, sakinlərdən – Fazil Niftalıyev, Saleh Məmmədov və başqaları çıxış edərək, rəy və təkliflərinin bildiriblər və bələdiyyənin illik fəaliyyətini qənaətbəxş hesab edibər.

Esmira Hidayətova, Mingəçevir