Mingəçevir Bələdiyyəsi hesabat verdi

0
422

Mingəçevir şəhər Bələdiyyəsi 2018-ci ilin birinci yarımilliyindəki  fəaliyyəti barədə hesabatı ictimaiyyətə təqdim edib.

Hesabat məruzəsi ilə çıxış edən Mingəçevir  Bələdiyyəsinin sədri Coşqun Abdullayev bildirib ki, 2018 ci ilin 1-ci yarımilliyində bələdiyyənin 7 iclası olub. İclasların gündəliyinə 47 məsələ daxil  edilib və müvafiq qərarlar qəbul olunub. Qeyd olunub ki, gündəliyə daxil edilmiş məsələlərdən 15-i icarəyə və mülkiyyətə torpaq sahələrinin verilməsi ilə, 9-u şəhərdə aparılan tikinti–abadlıq, məhəllələrdə görülən işlərlə, 6-sı maddi yardımlarla, 17-si təşkilatı və digər məsələlərlə bağlı olub.

Bələdiyyə sədri  birinci yarımillikdə bələdiyyəyə vətəndaşlardan daxil olan ərizə və məktublardan, maddi yardımlardan, sahibkarlıq fəaliyyəti üçün ayrılan torpaqlardan, vətəndaşların fərdi tikintisi üçün torpaq sahələrinin ayrılmasıdan söz açıb. Coşqun Abdullayev onu da vurğulayıb ki, dövlət büdcəsindən Mingəçevir bələdiyyəsinə bu il 170000 manat dotasiya ayrılıb. Hesabat dövründə bələdiyyənin xərcləri ümumilikdə 197053,76 manat olub.

Hesabat yığıncağında iştirak edən şəhər sakinlərini narahat edən müraciətlər də səslənib. Onlardan bələdiyyəyə aid olunanlar qeydiyyata götürülüb.

Daha sonra  məruzə ətrafında şəhər İcra nümayəndəliyinin  rəsmisi Rizvan Mikayıllı çıxış edərək  rəy və təkliflərinin bildirib və bələdiyyənin yarımillik  fəaliyyətini qənaətbəxş hesab edib.

Esmira Hidayətova, Mingəçevir