Millimiz qələbə ilə başladı

490

Bu gün Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində ilk oyununa çıxıb. Yığmamız səfərdə San Marino ilə üz-üzə gəlib. Bu, komandamızın 2016-cı ildəki ilk rəsmi görüşü idi. Səfərdə oynamasına baxmayaraq, millimiz qələbə qazanıb.Daha doğrusu, tarixində 12-ci seçmə mərhələdə çıxış edən millimiz yeni mövsümə qələbə ilə başlayıb. Qələbə topunu Ruslan Qurbanov vurub. (Oyunun 45-ci dəqiqəsində Əfran İsmayılovun sağ cinahdan ötürməsindən sonra Ruslan Qurbanov başla topu qapıdan keçirib – 1:0).Qurbanovun millidə ilk qolu həm də bu matçda yeganə olub. İkinci hissənin əvvəllərində rəqib azlıqda qalsa da, Robert Prosineçkinin komandası təxminən bir hissə boyunca 10 nəfərlə oynayan koamandaya başqa qol vura bilməyib. San Marino ilə görüş Ramil Şeydayev və Emin Mahmudovun yığma komandamızdakı ilk rəsmi görüşü kimi yadda qalıb.
C qrupu

4 sentyabr

San-Marino – Azərbaycan 0:1 Qol: Ruslan Qurbanov, 45 (0:1)
Qırmızı vərəqə: Kristian Brolli 52
Hakimlər: Sebastyen Delferyer, İv de Nev, Co de Veyrdt, Aleksandru Bukau (hamısı Belçika)
Serravalle. Milli stadion