Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında IX tura start verilib. C qrupunda mübarizə aparan Azərbaycan yığması öz meydanında Çexiya ilə üz-üzə gəlib.
Mundiala qatılmaq şansını itirən hər iki komandanın görüşü tərəflər üçün formal xarakter daşıyıb.
Matç qonaqların 2:1 hesablı üstünlüyü ilə başa çatıb. İlk qolu 35-ci dəqiqədə Kopiç vurub. Komandalar fasiləyə bu hesabla yollanıblar. İkinci hissəyə fəal başlayan komandamız 10 dəqiqə sonra tarazlığı bərpa edə bilib. Sürətli əks hücum zamanı Ruslan Qurbanova qarşı kobudluğu matçın hakimi penalti kimi dəyərləndirib.
Əfran İsmayılov dəqiq oynayıb. Ancaq komandamızın sevinci uzun çəkməyib. 11 dəqiqə sonra Barak başla yenidən çexləri önə keçirib.
Oyunda başqa qol olmayıb və millimiz 3-cü dəfə üz-üzə gəldiyi Çexiyaya ilk dəfə uduzub.
DÇ-2018-in seçmə mərhələsi
Avropa zonası, C qrupu
IX tur
5 oktyabr
Azərbaycan – Çexiya – 1:2
Qollar: Əfran İsmayılov, 55 (pen.) – Kopiç, 34, Barak, 66
Baş hakim: Benua Millot
Baş hakimin köməkçiləri: Jülien Paselli, Bertran Juanno
Dördüncü hakim: Frank Şneyder (hamısı Fransa)
Hakim-inspektor:: Are Habix (Estoniya)
Komissar: Romano Klavedetçer (İsveçrə)
Bakı Olimpiya Stadionu
Azərbaycan: 1. Kamran Ağayev (q), 3. Məhəmməd Mirzəbəyov, 4. Pavel Paşayev, 6. Bədavi Hüseynov, 10. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Emil Balayev, 2. Qara Qarayev, 5. Ürfan Abbasov, 8. Renat Dadaşov, 9. Namik Ələskərov, 11. Ramil Şeydayev, 15. Ruslan Abışov, 17. Mahir Mədətov, 18. Təmkin Xəlilzadə, 21. Tərlan Quliyev
Baş məşqçi: Robert Prosineçki
Çexiya: 23. Jiri Pavlenka (q), 2. Pavel Kaderabek, 5. Yakub Brabeç, 8. Vladimir Darida, 10. Josef Huşbauer, 11. Mixael Krmençik, 13. Yan Kopiç, 14. Yakub Yankto, 17. Marek Suşi (k), 18. Yan Boril, 20. Antonin Barak
Ehtiyat oyunçular: 1. Tomaş Vaçlik (q), 16. Tomaş Kubek (q), 4. Yan Sikora, 6. Mixael Lüftner, 7. Yaromir Jmrhal, 9. Barek Dokal, 12. Simon Falta, 15. Tomaş Suçek, 19. Yan Kliment, 21. Vaçlav Kadleç, 22. Filip Novak
Baş məşqçi: Karel Yarolim
1 | Almaniya | 8 | 8 | 0 | 0 | 35-2 | 24 |
2 | Şimali İrlandiya | 8 | 6 | 1 | 1 | 16-2 | 19 |
3 | Çexiya | 9 | 3 | 3 | 3 | 12-10 | 12 |
4 | Azərbaycan | 9 | 3 | 1 | 5 | 9-14 | 10 |
5 | Norveç | 8 | 2 | 1 | 5 | 8-16 | 7 |
6 | San-Marino | 8 | 0 | 0 | 8 | 2-38 | 0 |