Millimiz möcüzə axtarışında

427

Azərbaycan millisi bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, komandamızın rəqibi yer aldığımız C qrupunun lideri Almaniya yığması olacaq.

 

lk 4 görüşdə rəqiblərinə heç bir şans verməyən Bundestim Bakıya da 3 xal dalınca gəlib. Cari seçmə mərhələdə qapısında qol görməyən Yoahim Lövün komandası görüşə tam ideal heyətlə hazırlaşa bilməsə də, rəqib cütün aşkar favoritidi. Aktivindəki 7 xalla 2-3-cü yerləri bölüşən yığmamız isə doğma azarkeşləri önündə möcüzə axtarışında olacaq. Robert Prosineçkinin yetirmələrinin bu matçda qazanacağı 1 xal belə, böyük uğur sayılacaq.

 

AFFA-nın 25 illik yubileyi günü meydana çıxacaq Azərbaycan yığması üçün martın 26-sı heç də düşərli gün deyil. Belə ki, komandamız tarixi ərzində 26 martda keçirdiyi 5 qarşılaşmanın hamısında məğlubiyyətə düçar olub. Portuqaliya (0:7) və Polşa (0:8) biabırçılıqları da məhz bu tarixə təsadüf edir.

 

DÇ-2018-in seçmə mərhələsi

C qrupu

 

26 mart

20:00. Azərbaycan – Almaniya

Hakimlər: Daniele Orsato, Mauro Tonolini, Rikkardo di Fiore, Marko Quida (hakimlər briqadası İtaliyadandı)

Komissar: Adrian İksari (Moldova)

Hakim-inspektor: Aleksey Spirin (Rusiya)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

 

 

1 Almaniya 4 4 0 0 16-0 12
2 Şimali İrlandiya 4 2 1 1 8-2 7
3 Azərbaycan 4 2 1 1 2-4 7
4 Çexiya 4 1 2 1 2-4 5
5 Norveç 4 1 0 3 5-7 3
6 San-Marino 4 0 0 4 1-17 0