Millimiz məğlub oldu

34

Dünən futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin doqquzuncu turuna start verilib.

Turnirin A qrupunda yer alan Azərbaycan milli komandası sonuncu görüşdə Lüksemburq yığmasını qəbul edib. Görüş qonaqların 3:1 hesabı ilə məğlub olub.

Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

A qrupu

Azərbaycan – Lüksemburq – 1:3;

İrlandiya – Portuqaliya – 0:0.

Qrupdakı vəziyyət: Serbiya – 17 (7 oyuna), Portuqaliya – 17 (7), Lüksemburq – 9 (7), İrlandiya – 6 (7), Azərbaycan – 1 (8).

B qrupu

Gürcüstan – İsveç – 2:0;

Yunanıstan – İspaniya – 0:1.

Qrupdakı vəziyyət: İspaniya – 16, İsveç – 15, Yunanıstan – 9 (6), Gürcüstan – 7, Kosovo – 4.

H qrupu

Rusiya – Kipr -6:0;

Malta – Xorvatiya – 1:7;

Slovakiya – Sloveniya – 2:2.

Qrupdakı vəziyyət: Rusiya – 22, Xorvatiya – 20, Slovakiya – 1, Sloveniya – 1, Malta – 5, Kipr – 5.

J qrupu

Ermənistan – Şimali Makedoniya – 0:5;

Rumıniya – İslandiya – 0:0;

Almaniya – Lixtenşteyn – 9:0.

Qrupdakı vəziyyət: Almaniya – 24, Şimali Makedoniya – 15, Rumıniya – 14, , Ermənistan – 12, İslandiya – 9, Lixtenşteyn – 1.

Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin doqquzuncu turunun digər oyunları bu gün keçiriləcək.